Surə 83 Əl-Mutaffifin (Mutaffifin), ayə 22 – 28

  1. إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ

    Həqiqətən, itaətkarlar nemət içində olacaqlar.

    83:22
  2. عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ

    Onlar taxtlar üstündə seyrə dalacaqlar.

    83:23
  3. تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ

    Sən onların üzündə səadət parlaqlığı görəcəksən.

    83:24
  4. يُسْقَوْنَ مِنْ رَحِيقٍ مَخْتُومٍ

    Onlara möhürlü şərabdan içirdiləcək.

    83:25
  5. خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ

    Onun möhürü müşkdür. Qoy yarışanlar ona (nail olmaq) üçün yarışsınlar!

    83:26
  6. وَمِزَاجُهُ مِنْ تَسْنِيمٍ

    Onun qatışığı təsnim (bulağındandır).

    83:27
  7. عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ

    (O təsnim elə) bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.

    83:28

Tərcümə: Əlixan Musayev