Surə 83 Əl-Mutaffifin (Mutaffifin)

  1. وَيْلٌ لِلْمُطَفِّفِينَ

    Çəkidə və ölçüdə aldadanların vay halına!

    83:1
  2. الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ

    O kəslərin ki, camaatdan (bir şey) aldıqda (onu) tam almaq istəyərlər,

    83:2
  3. وَإِذَا كَالُوهُمْ أَوْ وَزَنُوهُمْ يُخْسِرُونَ

    onlar üçün (bir şey) ölçdükdə və ya çəkdikdə isə (onları) ziyana salarlar.

    83:3
  4. أَلَا يَظُنُّ أُولَٰئِكَ أَنَّهُمْ مَبْعُوثُونَ

    Onlar dirildiləcəkləri barədə fikirləşmirlərmi?!

    83:4
  5. لِيَوْمٍ عَظِيمٍ

    (Özü də) əzəmətli bir gündə.

    83:5
  6. يَوْمَ يَقُومُ النَّاسُ لِرَبِّ الْعَالَمِينَ

    O gün ki, insanlar qalxıb aləmlərin Rəbbinin qarşısında duracaqlar.

    83:6
  7. كَلَّا إِنَّ كِتَابَ الْفُجَّارِ لَفِي سِجِّينٍ

    Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.

    83:7
  8. وَمَا أَدْرَاكَ مَا سِجِّينٌ

    Sən haradan biləsən ki, Siccin nədir?!

    83:8
  9. كِتَابٌ مَرْقُومٌ

    O, yazılı bir kitabdır!

    83:9
  10. وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

    O gün (haqqı) yalan hesab edənlərin vay halına!

    83:10
  11. الَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ الدِّينِ

    O kəslər ki, Din gününü yalan hesab edirlər.

    83:11
  12. وَمَا يُكَذِّبُ بِهِ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ

    (Amma) bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.

    83:12
  13. إِذَا تُتْلَىٰ عَلَيْهِ آيَاتُنَا قَالَ أَسَاطِيرُ الْأَوَّلِينَ

    Ayələrimiz ona oxunduğu zaman: «Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrdir!» – deyir.

    83:13
  14. كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ

    Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.

    83:14
  15. كَلَّا إِنَّهُمْ عَنْ رَبِّهِمْ يَوْمَئِذٍ لَمَحْجُوبُونَ

    Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!

    83:15
  16. ثُمَّ إِنَّهُمْ لَصَالُو الْجَحِيمِ

    Sonra onlar Cəhənnəmə girəcəklər.

    83:16
  17. ثُمَّ يُقَالُ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ

    Sonra (onlara) deyiləcək: «Budur sizin yalan hesab etdiyiniz (Cəhənnəm)!»

    83:17
  18. كَلَّا إِنَّ كِتَابَ الْأَبْرَارِ لَفِي عِلِّيِّينَ

    Xeyr! Həqiqətən, yaxşıların kitabı İlliyyundadır!

    83:18
  19. وَمَا أَدْرَاكَ مَا عِلِّيُّونَ

    Sən haradan biləsən ki, İlliyyun nədir?!

    83:19
  20. كِتَابٌ مَرْقُومٌ

    O, elə bir yazılı kitabdır ki,

    83:20

Tərcümə: Əlixan Musayev