Surə 86 Əl-Tariq (Tariq), ayə 1 – 17

  1. وَالسَّمَاءِ وَالطَّارِقِ

    And olsun səmaya və gecə yolçusuna!

    86:1
  2. وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ

    Sən nə bilirsən ki, gecə yolçusu nədir?

    86:2
  3. النَّجْمُ الثَّاقِبُ

    (Bu, qaranlıqları) dəlib keçən ulduzdur.

    86:3
  4. إِنْ كُلُّ نَفْسٍ لَمَّا عَلَيْهَا حَافِظٌ

    Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın!

    86:4
  5. فَلْيَنْظُرِ الْإِنْسَانُ مِمَّ خُلِقَ

    Qoy insan nədən yaradıldığına bir baxsın!

    86:5
  6. خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ

    (İnsan) axıdılan nütfədən yaradılmışdır.

    86:6
  7. يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ

    Bu (nütfə) bel və köks sümükləri arasından çıxır.

    86:7
  8. إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ

    Şübhəsiz ki, (Allah) onu (dirildib) qaytarmağa qadirdir.

    86:8
  9. يَوْمَ تُبْلَى السَّرَائِرُ

    Sirlərin sınaqdan keçiriləcəyi gün,

    86:9
  10. فَمَا لَهُ مِنْ قُوَّةٍ وَلَا نَاصِرٍ

    onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.

    86:10
  11. وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ

    And olsun (yağmurla) qayıdan göyə!

    86:11
  12. وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ

    And olsun (növbənöv bitkilərlə) yarılan yerə!

    86:12
  13. إِنَّهُ لَقَوْلٌ فَصْلٌ

    Həqiqətən, bu, (haqqı batildən) ayırd edən bir kəlamdır.

    86:13
  14. وَمَا هُوَ بِالْهَزْلِ

    O, əyləncə də deyil.

    86:14
  15. إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا

    Həqiqətən, (kafirlər) hiylə qururlar.

    86:15
  16. وَأَكِيدُ كَيْدًا

    Mən də hiylə qururam.

    86:16
  17. فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا

    Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.

    86:17

Tərcümə: Əlixan Musayev