Surə 87 Əl-Əla (Əla)

  1. سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى

    Ən Uca Rəbbinin adına təriflər de!

    87:1
  2. الَّذِي خَلَقَ فَسَوَّىٰ

    O (Rəbbin) ki, (hər şeyi) yaradıb kamilləşdirdi.

    87:2
  3. وَالَّذِي قَدَّرَ فَهَدَىٰ

    O (Rəbbin) ki, (hər şeyin müqəddəratını) əzəldən müəyyən edərək yol göstərdi.

    87:3
  4. وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ

    O (Rəbbin) ki, otlağı cücərtdi,

    87:4
  5. فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ

    sonra da onu qaralmış samana çevirdi.

    87:5
  6. سَنُقْرِئُكَ فَلَا تَنْسَىٰ

    Biz sənə (Quranı) oxudacağıq və sən onu unutmayacaqsan.

    87:6
  7. إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ

    Yalnız Allahın istədiyindən başqa. Şübhəsiz ki, (Allah) aşkarı da, gizlini də bilir.

    87:7
  8. وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ

    Səni ən asan olana müvəffəq edərik.

    87:8
  9. فَذَكِّرْ إِنْ نَفَعَتِ الذِّكْرَىٰ

    Xatırlatmanın fayda verdiyini görsən, (onlara) xatırlat!

    87:9
  10. سَيَذَّكَّرُ مَنْ يَخْشَىٰ

    (Allahdan) qorxanlar öyüd-nəsihət götürərlər.

    87:10
  11. وَيَتَجَنَّبُهَا الْأَشْقَى

    Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.

    87:11
  12. الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ

    O kimsə ki, Cəhənnəmə atılacaq.

    87:12
  13. ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ

    O orada nə öləcək, nə də yaşaya biləcək.

    87:13
  14. قَدْ أَفْلَحَ مَنْ تَزَكَّىٰ

    (Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır.

    87:14
  15. وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ

    (O kimsə ki,) Rəbbinin adını xatırlayıb namaz qılmışdır.

    87:15
  16. بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا

    Xeyr, siz dünya həyatını (olduqca) üstün tutursunuz;

    87:16
  17. وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ

    Axirət isə daha xeyirli və daha sürəklidir.

    87:17
  18. إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ

    Həqiqətən də, bu, əvvəlki səhifələrdə bildirilmişdir –

    87:18
  19. صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ

    İbrahimin və Musanın səhifələrində.

    87:19

Tərcümə: Əlixan Musayev

Surə 87 Əl-Əla (Əla)