Surə 88 Əl-Ğaşiyə (Ğaşiyə), ayə 1 – 26

  1. هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ

    (Aləmi) Bürüyənin xəbəri sənə gəlib çatdımı?

    88:1
  2. وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ

    O gün (neçə-neçə) üzlər zəlil olub yerə dikiləcək,

    88:2
  3. عَامِلَةٌ نَاصِبَةٌ

    üzülüb əldən düşəcək,

    88:3
  4. تَصْلَىٰ نَارًا حَامِيَةً

    çox qızmar oda girəcək,

    88:4
  5. تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍ

    qaynar çeşmədən içirdiləcək.

    88:5
  6. لَيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِنْ ضَرِيعٍ

    Onlara daridən başqa bir yemək verilməyəcək.

    88:6
  7. لَا يُسْمِنُ وَلَا يُغْنِي مِنْ جُوعٍ

    (O onları) nə doydurar, nə də aclıqdan xilas edər.

    88:7
  8. وُجُوهٌ يَوْمَئِذٍ نَاعِمَةٌ

    O gün (neçəsinin) üzündə fərəh görünəcək,

    88:8
  9. لِسَعْيِهَا رَاضِيَةٌ

    (dünyadakı) səylərindən məmnun qalacaq,

    88:9
  10. فِي جَنَّةٍ عَالِيَةٍ

    uca Cənnətdə olacaq,

    88:10
  11. لَا تَسْمَعُ فِيهَا لَاغِيَةً

    orada faydasız söz eşitməyəcək.

    88:11
  12. فِيهَا عَيْنٌ جَارِيَةٌ

    Orada axar çeşmələr vardır;

    88:12
  13. فِيهَا سُرُرٌ مَرْفُوعَةٌ

    Orada hündür taxtlar,

    88:13
  14. وَأَكْوَابٌ مَوْضُوعَةٌ

    düzülmüş piyalələr,

    88:14
  15. وَنَمَارِقُ مَصْفُوفَةٌ

    yan-yana qoyulmuş yastıqlar,

    88:15
  16. وَزَرَابِيُّ مَبْثُوثَةٌ

    və (döşəmələrə) sərilmiş xalçalar var.

    88:16
  17. أَفَلَا يَنْظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ

    Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?

    88:17
  18. وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ

    Göyün necə yüksəldiyini (görmürlər)?

    88:18
  19. وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ

    Dağların necə sancıldığını (görmürlər)?

    88:19
  20. وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ

    Yerin necə döşədildiyini (görmürlər)?

    88:20
  21. فَذَكِّرْ إِنَّمَا أَنْتَ مُذَكِّرٌ

    (Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən.

    88:21
  22. لَسْتَ عَلَيْهِمْ بِمُصَيْطِرٍ

    Sən onların üstündə hökmdar deyilsən.

    88:22
  23. إِلَّا مَنْ تَوَلَّىٰ وَكَفَرَ

    Lakin üz döndərib küfr edəni,

    88:23
  24. فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ

    Allah ən şiddətli əzabla cəzalandırar.

    88:24
  25. إِنَّ إِلَيْنَا إِيَابَهُمْ

    Şübhəsiz ki, onların dönüşü Bizədir.

    88:25
  26. ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُمْ

    Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.

    88:26

Tərcümə: Əlixan Musayev