Surə 89 Əl-Fəcr (Fəcr), ayə 15 – 20

  1. فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ

    İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: «Rəbbim mənə ehtiram göstərdi!» – deyər.

    89:15
  2. وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ

    Amma onu sınamaq üçün ruzisini azaldanda: «Rəbbim məni alçaltdı!» – deyər.

    89:16
  3. كَلَّا ۖ بَلْ لَا تُكْرِمُونَ الْيَتِيمَ

    Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,

    89:17
  4. وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ

    kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,

    89:18
  5. وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَمًّا

    mirası hərisliklə yeyirsiniz,

    89:19
  6. وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا

    var-dövləti də hərisliklə sevirsiniz.

    89:20

Tərcümə: Əlixan Musayev