Surə 89 Əl-Fəcr (Fəcr)
-
كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا
Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
89:21 -
وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا
sənin Rəbbin və səf-səf (düzülmüş) mələklər gələcək
89:22 -
وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنْسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ
və o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaq. Lakin (bu) xatırlamanın ona nə faydası?
89:23 -
يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي
O: «Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!» – deyəcək.
89:24 -
فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ
O gün heç kəs (Allahın) verdiyi əzab (kimi) əzab verə bilməz
89:25 -
وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ
və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz.
89:26 -
يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ
(O gün möminə deyiləcək): «Ey arxayın olan kəs!
89:27 -
ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً
Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
89:28 -
فَادْخُلِي فِي عِبَادِي
Mənim qullarımın (cərgəsinə) keç!
89:29 -
وَادْخُلِي جَنَّتِي
Cənnətimə daxil ol!
89:30
Tərcümə: Əlixan Musayev