Surə 93 Əd-Duha (Duha)

  1. وَالضُّحَىٰ

    And olsun səhərə!

    93:1
  2. وَاللَّيْلِ إِذَا سَجَىٰ

    And olsun sakitləşən gecəyə!

    93:2
  3. مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ

    Rəbbin nə səni tərk etdi, nə də (sənə) acığı tutdu.

    93:3
  4. وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَىٰ

    Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.

    93:4
  5. وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ

    Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan.

    93:5
  6. أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ

    Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?

    93:6
  7. وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ

    Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?

    93:7
  8. وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ

    Kasıb olduğun zaman səni varlandırmadımı?

    93:8
  9. فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ

    Elə isə yetimə xor baxma!

    93:9
  10. وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ

    Səndən (kömək) diləyəni qovma!

    93:10
  11. وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ

    Və Rəbbinin nemətindən danış.

    93:11

Tərcümə: Əlixan Musayev