Mushaf, səhifə 103

  1. فَبِمَا نَقْضِهِمْ مِيثَاقَهُمْ وَكُفْرِهِمْ بِآيَاتِ اللَّهِ وَقَتْلِهِمُ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌ ۚ بَلْ طَبَعَ اللَّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا

    Onlar əhdlərini pozduqlarına, Allahın ayələrinə küfr etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: «Qəlblərimiz qapalıdır!» – demələrinə görə (lənətə düçar edildilər). Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar.

    4:155
  2. وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَىٰ مَرْيَمَ بُهْتَانًا عَظِيمًا

    Onlar (həm də) küfr etdiklərinə və Məryəmə qarşı böyük bir böhtan dediklərinə görə,

    4:156
  3. وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِنْ شُبِّهَ لَهُمْ ۚ وَإِنَّ الَّذِينَ اخْتَلَفُوا فِيهِ لَفِي شَكٍّ مِنْهُ ۚ مَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ إِلَّا اتِّبَاعَ الظَّنِّ ۚ وَمَا قَتَلُوهُ يَقِينًا

    bir də: «Biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!» – dediklərinə görə (lənətə düçar edildilər). Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir bilgisi yoxdur. Onlar onu öldürdüklərinə əmin deyildilər.

    4:157
  4. بَلْ رَفَعَهُ اللَّهُ إِلَيْهِ ۚ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا

    Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah qüdrətlidir, hikmət sahibidir.

    4:158
  5. وَإِنْ مِنْ أَهْلِ الْكِتَابِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا

    Kitab əhlindən hər kəs (öz ölümündən, yaxud İsanın) ölümündən əvvəl ona iman gətirəcək. Qiyamət günü isə (İsa) onların əleyhinə şahid olacaqdır.

    4:159
  6. فَبِظُلْمٍ مِنَ الَّذِينَ هَادُوا حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَاتٍ أُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَنْ سَبِيلِ اللَّهِ كَثِيرًا

    Yəhudilərin etdikləri zülmə görə, onlara (daha öncə) halal edilmiş gözəl nemətləri haram etdik. (Həm də) bir çoxlarını, (eləcə də özlərini) Allah yolundan döndərdiklərinə,

    4:160
  7. وَأَخْذِهِمُ الرِّبَا وَقَدْ نُهُوا عَنْهُ وَأَكْلِهِمْ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ ۚ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًا

    qadağan olunmasına baxmayaraq, sələm aldıqlarına və haqsız yerə insanların mallarını yediklərinə görə (belə etdik). Biz onlardan olan kafirlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq.

    4:161
  8. لَٰكِنِ الرَّاسِخُونَ فِي الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ ۚ وَالْمُقِيمِينَ الصَّلَاةَ ۚ وَالْمُؤْتُونَ الزَّكَاةَ وَالْمُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ أُولَٰئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا

    Lakin onlardan elmdə qüvvətli olanlar və möminlər sənə nazil edilənə və səndən öncə nazil edilənlərə iman gətirir, namaz qılır, zəkat verir, Allaha və Axirət gününə iman gətirirlər. Biz onlara böyük mükafat verəcəyik.

    4:162

Tərcümə: Əlixan Musayev