Mushaf, səhifə 102

  1. لَا يُحِبُّ اللَّهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ إِلَّا مَنْ ظُلِمَ ۚ وَكَانَ اللَّهُ سَمِيعًا عَلِيمًا

    Allah pis sözün açıq deyilməsini sevməz. Yalnız zülmə məruz qalmış kimsələr müstəsnadır. Allah (hər şeyi) eşidəndir, biləndir.

    4:148
  2. إِنْ تُبْدُوا خَيْرًا أَوْ تُخْفُوهُ أَوْ تَعْفُوا عَنْ سُوءٍ فَإِنَّ اللَّهَ كَانَ عَفُوًّا قَدِيرًا

    Əgər bir xeyri aşkara çıxarsanız və ya onu gizlətsəniz, yaxud bir pisliyi bağışlasanız, (bilin ki,) Allah əfv edəndir, (hər şeyə) qadirdir.

    4:149
  3. إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِاللَّهِ وَرُسُلِهِ وَيُرِيدُونَ أَنْ يُفَرِّقُوا بَيْنَ اللَّهِ وَرُسُلِهِ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَنْ يَتَّخِذُوا بَيْنَ ذَٰلِكَ سَبِيلًا

    Allaha və Onun elçilərinə küfr edənlər, Allahla elçilərini bir-birindən ayırmaq istəyib: «Biz (o elçilərin) bəzisinə inanır, bəzilərinə isə inanmırıq!» – deyənlər və bunun arasında bir yol tutmaq istəyənlər –

    4:150
  4. أُولَٰئِكَ هُمُ الْكَافِرُونَ حَقًّا ۚ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا

    məhz onlar əsl kafirlərdir. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq.

    4:151
  5. وَالَّذِينَ آمَنُوا بِاللَّهِ وَرُسُلِهِ وَلَمْ يُفَرِّقُوا بَيْنَ أَحَدٍ مِنْهُمْ أُولَٰئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا

    Allaha və Onun elçilərinə iman gətirən və onlardan heç birini digərindən ayırmayanlara (gəlincə), Allah onlara öz mükafatlarını verəcəkdir. Allah bağışlayandır, rəhmlidir.

    4:152
  6. يَسْأَلُكَ أَهْلُ الْكِتَابِ أَنْ تُنَزِّلَ عَلَيْهِمْ كِتَابًا مِنَ السَّمَاءِ ۚ فَقَدْ سَأَلُوا مُوسَىٰ أَكْبَرَ مِنْ ذَٰلِكَ فَقَالُوا أَرِنَا اللَّهَ جَهْرَةً فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ بِظُلْمِهِمْ ۚ ثُمَّ اتَّخَذُوا الْعِجْلَ مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَاتُ فَعَفَوْنَا عَنْ ذَٰلِكَ ۚ وَآتَيْنَا مُوسَىٰ سُلْطَانًا مُبِينًا

    Kitab əhli səndən onlara göydən bir kitab endirməyini istəyirlər. Onlar Musadan, bundan daha böyüyünü istəyərək: «Allahı bizə açıq-aşkar göstər!» – demişdilər. Haqsızlıqlarına görə onları ildırım vurmuşdu. Sonra onlara gələn açıq-aydın dəlillərin ardından buzovu məbud qəbul etdilər. Biz bunu da əfv etdik və Musaya açıq-aşkar dəlil verdik.

    4:153
  7. وَرَفَعْنَا فَوْقَهُمُ الطُّورَ بِمِيثَاقِهِمْ وَقُلْنَا لَهُمُ ادْخُلُوا الْبَابَ سُجَّدًا وَقُلْنَا لَهُمْ لَا تَعْدُوا فِي السَّبْتِ وَأَخَذْنَا مِنْهُمْ مِيثَاقًا غَلِيظًا

    Biz (onlardan aldığımız) əhdə görə, Tur dağını (başları) üzərinə qaldırdıq və onlara: «Qapıdan səcdə edərək daxil olun!» – dedik. Biz onlara: «Şənbə günü (üçün qoyulmuş qadağanı) pozmayın!» – dedik. Biz onlardan möhkəm bir əhd adıq.

    4:154

Tərcümə: Əlixan Musayev