Mushaf, səhifə 125

  1. ذَٰلِكَ أَدْنَىٰ أَنْ يَأْتُوا بِالشَّهَادَةِ عَلَىٰ وَجْهِهَا أَوْ يَخَافُوا أَنْ تُرَدَّ أَيْمَانٌ بَعْدَ أَيْمَانِهِمْ ۗ وَاتَّقُوا اللَّهَ وَاسْمَعُوا ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ

    Bu (üsul), onların şəhadəti olduğu kimi vermələri, yaxud andlarından sonra (bu) andların (varislər tərəfindən) rədd edilməsindən qorxmaları üçün daha münasibdir. Allahdan qorxun və (Onu) eşidin! Allah günahkar toplumu doğru yola yönəltməz.

    5:108
  2. فَإِنْ عُثِرَ عَلَىٰ أَنَّهُمَا اسْتَحَقَّا إِثْمًا فَآخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ الَّذِينَ اسْتَحَقَّ عَلَيْهِمُ الْأَوْلَيَانِ فَيُقْسِمَانِ بِاللَّهِ لَشَهَادَتُنَا أَحَقُّ مِنْ شَهَادَتِهِمَا وَمَا اعْتَدَيْنَا إِنَّا إِذًا لَمِنَ الظَّالِمِينَ

    Əgər bu ikisinin (yalandan şahidlik edərək) günah iş tutduğu aşkara çıxsa, o zaman onların yerini, haqsızlığa məruz qalmış (varislərdən) (ölüyə) daha yaxın olan iki kişi tutar və onlar: «And olsun ki, bizim şahidliyimiz o iki nəfərin şahidliyindən daha doğrudur və biz (heç kəsin haqqına) təcavüz etmədik. Əks halda biz, əlbəttə, zalımlardan olarıq» – (deyə) Allaha and içərlər.

    5:107
  3. يَا أَيُّهَا الَّذِينَ آمَنُوا شَهَادَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ حِينَ الْوَصِيَّةِ اثْنَانِ ذَوَا عَدْلٍ مِنْكُمْ أَوْ آخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنْتُمْ ضَرَبْتُمْ فِي الْأَرْضِ فَأَصَابَتْكُمْ مُصِيبَةُ الْمَوْتِ ۚ تَحْبِسُونَهُمَا مِنْ بَعْدِ الصَّلَاةِ فَيُقْسِمَانِ بِاللَّهِ إِنِ ارْتَبْتُمْ لَا نَشْتَرِي بِهِ ثَمَنًا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۙ وَلَا نَكْتُمُ شَهَادَةَ اللَّهِ إِنَّا إِذًا لَمِنَ الْآثِمِينَ

    Ey iman gətirənlər! Sizlərdən birinə ölüm gəldiyi zaman, vəsiyyət əsnasında içinizdən iki ədalətli kişi aranızda şahidlik etsin. Səfərdə ikən başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən olmayan başqa iki kişini (şahid tutun). Əgər (onlar barədə) şübhəyə düşsəniz, namazdan sonra hər ikisini saxlayın və qoy onlar: «Yaxın qohumların lehinə olsa belə, bu andı heç bir qiymətə satmarıq və Allahın şahidliyini gizlətmərik. Əks halda biz, şübhəsiz ki, günahkarlardan olarıq» – (deyə) and içsinlər.

    5:106
  4. يَا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنْفُسَكُمْ ۖ لَا يَضُرُّكُمْ مَنْ ضَلَّ إِذَا اهْتَدَيْتُمْ ۚ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ

    Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) sapmış kimsə sizə zərər yetirə bilməz. Hamınızın dönüşü Allahadır. Və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.

    5:105
  5. وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَىٰ مَا أَنْزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ قَالُوا حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا ۚ أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْلَمُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ

    Onlara: «Allahın nazil etdiyinə və rəsula tərəf gəlin» – deyildikdə: «Atalarımızın tutduğu yol bizə bəs edər» – deyirlər. Bəs ataları bir şey bilməyib doğru yola yönəlməyiblərsə, (onda necə)?

    5:104

Tərcümə: Əlixan Musayev