Mushaf, səhifə 244
-
فَلَمَّا جَهَّزَهُمْ بِجَهَازِهِمْ جَعَلَ السِّقَايَةَ فِي رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا الْعِيرُ إِنَّكُمْ لَسَارِقُونَ
(Yusuf) onları azuqə ilə təmin edərkən qardaşının yükünün içinə bir piyalə qoydu. Sonra bir carçı qışqırıb dedi: «Ey karvan əhli! Siz oğrusunuz!»
12:70 -
قَالُوا وَأَقْبَلُوا عَلَيْهِمْ مَاذَا تَفْقِدُونَ
(Qardaşlar) onlara tərəf dönüb: «Nə itirmisiniz?» – dedilər.
12:71 -
قَالُوا نَفْقِدُ صُوَاعَ الْمَلِكِ وَلِمَنْ جَاءَ بِهِ حِمْلُ بَعِيرٍ وَأَنَا بِهِ زَعِيمٌ
Onlar dedilər: «Padşahın piyaləsini itirmişik. Onu gətirənə bir dəvə yükü (ərzaq) veriləcək». (Carçı): «Mən buna zaminəm!» – (dedi).
12:72 -
قَالُوا تَاللَّهِ لَقَدْ عَلِمْتُمْ مَا جِئْنَا لِنُفْسِدَ فِي الْأَرْضِ وَمَا كُنَّا سَارِقِينَ
Onlar dedilər: «Allaha and olsun! Siz bilirsiniz ki, biz (bu) yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və biz oğru da deyilik».
12:73 -
قَالُوا فَمَا جَزَاؤُهُ إِنْ كُنْتُمْ كَاذِبِينَ
Onlar dedilər: «Əgər yalançısınızsa, onda onun cəzası nədir?»
12:74 -
قَالُوا جَزَاؤُهُ مَنْ وُجِدَ فِي رَحْلِهِ فَهُوَ جَزَاؤُهُ ۚ كَذَٰلِكَ نَجْزِي الظَّالِمِينَ
(Qardaşlar) dedilər: «Onun cəzası – (itmiş piyalə) yükündə tapılan kimsənin özünün (kölə edilərək) cəzalandırılmasıdır. Biz zalımları belə cəzalandırırıq».
12:75 -
فَبَدَأَ بِأَوْعِيَتِهِمْ قَبْلَ وِعَاءِ أَخِيهِ ثُمَّ اسْتَخْرَجَهَا مِنْ وِعَاءِ أَخِيهِ ۚ كَذَٰلِكَ كِدْنَا لِيُوسُفَ ۖ مَا كَانَ لِيَأْخُذَ أَخَاهُ فِي دِينِ الْمَلِكِ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ ۗ وَفَوْقَ كُلِّ ذِي عِلْمٍ عَلِيمٌ
O, qardaşının yükündən əvvəl onların yüklərini (axtarmağa) başladı, sonra da piyaləni qardaşının yükündən çıxartdı. Biz Yusufa belə bir tədbir öyrətdik. Allahın istəyi olmasaydı, padşahın qanunlarına görə, o, qardaşını tutub (öz yanında) saxlaya bilməzdi. Biz istədiyimiz kəsi dərəcə-dərəcə yüksəldirik. Hər bilik sahibindən də üstün bir bilən vardır.
12:76 -
قَالُوا إِنْ يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌ لَهُ مِنْ قَبْلُ ۚ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفْسِهِ وَلَمْ يُبْدِهَا لَهُمْ ۚ قَالَ أَنْتُمْ شَرٌّ مَكَانًا ۖ وَاللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ
Onlar dedilər: «Əgər (piyaləni) o oğurlayıbsa, daha öncə onun qardaşı da oğurluq etmişdi». Yusuf bunu öz içində gizlədib onlara açıb söyləmədi və (öz-özünə:) «Siz daha pis mövqedəsiniz. Allah sizin nə dediyinizi çox yaxşı bilir» – dedi.
12:77 -
قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ إِنَّ لَهُ أَبًا شَيْخًا كَبِيرًا فَخُذْ أَحَدَنَا مَكَانَهُ ۖ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ
Onlar dedilər: «Ey hökmdar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür. Həqiqətən, Biz səni yaxşı adam hesab edirik».
12:78
Tərcümə: Əlixan Musayev