Mushaf, səhifə 296

  1. وَكَذَٰلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا إِذْ يَتَنَازَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ ۖ فَقَالُوا ابْنُوا عَلَيْهِمْ بُنْيَانًا ۖ رَبُّهُمْ أَعْلَمُ بِهِمْ ۚ قَالَ الَّذِينَ غَلَبُوا عَلَىٰ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِمْ مَسْجِدًا

    Beləcə, (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və (Qiyamət) saatının gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman (möminlər və kafirlər) öz aralarında onların işi barəsində mübahisə edirdilər. (Bəziləri): «Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!» – dedilər. (Mübahisədə) üstün gələnlər isə: «Onların (məzarı) üstündə mütləq bir məscid tikəcəyik!» – dedilər.

    18:21
  2. سَيَقُولُونَ ثَلَاثَةٌ رَابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَيْبِ ۖ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ ۚ قُلْ رَبِّي أَعْلَمُ بِعِدَّتِهِمْ مَا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ ۗ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَاءً ظَاهِرًا وَلَا تَسْتَفْتِ فِيهِمْ مِنْهُمْ أَحَدًا

    (Bəziləri:) «(Onlar) üçdür, dördüncüsü köpəkləridir!» – deyəcəklər. (Digərləri isə) «(Onlar) beşdir, altıncısı köpəkləridir!» – deyəcəklər. (Bununla da) qeyb haqqında təxmini fikir yürüdəcəklər. (Bəziləri də:) «Onlar yeddidir, səkkizincisi köpəkləridir!» – deyəcəklər. De: «Onların sayını Rəbbim daha yaxşı bilir. (İnsanlardan) bunu bilən çox azdır!» Mağara əhli barədə açıq mübahisə et [ayələrə əsaslan] və (kitab əhlinin) heç birindən onlar barədə bir şey soruşma!

    18:22
  3. وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَٰلِكَ غَدًا

    Heç bir şey barəsində: «Mən onu sabah edəcəyəm!» – demə!

    18:23
  4. إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ وَاذْكُرْ رَبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰ أَنْ يَهْدِيَنِ رَبِّي لِأَقْرَبَ مِنْ هَٰذَا رَشَدًا

    Ancaq: «Əgər Allah istəsə!» [«inşallah»- de!] Unutduğun zaman Rəbbini yada salıb: «Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin» – de.

    18:24
  5. وَلَبِثُوا فِي كَهْفِهِمْ ثَلَاثَ مِائَةٍ سِنِينَ وَازْدَادُوا تِسْعًا

    Onlar mağarada üç yüz il, üstəlik doqquz (il də) qaldılar.

    18:25
  6. قُلِ اللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا ۖ لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَبْصِرْ بِهِ وَأَسْمِعْ ۚ مَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًا

    De: «Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. (Allah) Öz hökmünə heç kəsi şərik etməz!»

    18:26
  7. وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنْ كِتَابِ رَبِّكَ ۖ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَلَنْ تَجِدَ مِنْ دُونِهِ مُلْتَحَدًا

    Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən.

    18:27

Tərcümə: Əlixan Musayev