Mushaf, səhifə 301
-
فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءَنَا لَقَدْ لَقِينَا مِنْ سَفَرِنَا هَٰذَا نَصَبًا
Onlar (dənizlərin qovuşduğu yerdən) çıxıb getdikdə (Musa) öz xidmətçisinə: «Nahar yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük» – dedi.
18:62 -
قَالَ أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّي نَسِيتُ الْحُوتَ وَمَا أَنْسَانِيهُ إِلَّا الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ ۚ وَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ عَجَبًا
(Xidmətçi) dedi: «Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? (O zaman) mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. (Balıq dirilib) qəribə bir şəkildə dənizdə yol tutub getmişdir».
18:63 -
قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ ۚ فَارْتَدَّا عَلَىٰ آثَارِهِمَا قَصَصًا
(Musa:) «Elə istədiyimiz də bu idi!» – dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar.
18:64 -
فَوَجَدَا عَبْدًا مِنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِنْدِنَا وَعَلَّمْنَاهُ مِنْ لَدُنَّا عِلْمًا
Onlar (orada) Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər.
18:65 -
قَالَ لَهُ مُوسَىٰ هَلْ أَتَّبِعُكَ عَلَىٰ أَنْ تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا
Musa ona dedi: «Sənə öyrədilmiş doğru yolu (göstərən elmdən) mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?»
18:66 -
قَالَ إِنَّكَ لَنْ تَسْتَطِيعَ مَعِيَ صَبْرًا
(Xızır) dedi: «Doğrusu, sən mənim yanımda səbir edə bilməzsən.
18:67 -
وَكَيْفَ تَصْبِرُ عَلَىٰ مَا لَمْ تُحِطْ بِهِ خُبْرًا
Axı sən (səbəbini) bilmədiyin bir şeyə necə səbir edə bilərsən?»
18:68 -
قَالَ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ صَابِرًا وَلَا أَعْصِي لَكَ أَمْرًا
(Musa) dedi: «İnşallah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam».
18:69 -
قَالَ فَإِنِ اتَّبَعْتَنِي فَلَا تَسْأَلْنِي عَنْ شَيْءٍ حَتَّىٰ أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا
(Xızır) dedi: «Əgər mənə tabe olacaqsansa, özüm sənə bir xəbər bildirməyincə məndən heç bir şey haqqında soruşma».
18:70 -
فَانْطَلَقَا حَتَّىٰ إِذَا رَكِبَا فِي السَّفِينَةِ خَرَقَهَا ۖ قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْئًا إِمْرًا
Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət (gəlib) gəmiyə mindikləri zaman (Xızır) onu deşdi. (Musa) dedi: «Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, (günahı) böyük olan bir iş gördün».
18:71 -
قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَنْ تَسْتَطِيعَ مَعِيَ صَبْرًا
(Xızır) dedi: «Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?»
18:72 -
قَالَ لَا تُؤَاخِذْنِي بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِي مِنْ أَمْرِي عُسْرًا
(Musa) dedi: «Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!»
18:73 -
فَانْطَلَقَا حَتَّىٰ إِذَا لَقِيَا غُلَامًا فَقَتَلَهُ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةً بِغَيْرِ نَفْسٍ لَقَدْ جِئْتَ شَيْئًا نُكْرًا
Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) onu öldürdü. (Musa) dedi: «Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun».
18:74
Tərcümə: Əlixan Musayev