Mushaf, səhifə 311

  1. أَفَرَأَيْتَ الَّذِي كَفَرَ بِآيَاتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا

    Ayələrimizi inkar edib: «Mənə hökmən var-dövlət və övlad veriləcək!» – deyən adamı gördünmü?

    19:77
  2. أَطَّلَعَ الْغَيْبَ أَمِ اتَّخَذَ عِنْدَ الرَّحْمَٰنِ عَهْدًا

    Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli (Allahdan) vəd almışdır?

    19:78
  3. كَلَّا ۚ سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُ مِنَ الْعَذَابِ مَدًّا

    Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.

    19:79
  4. وَنَرِثُهُ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا

    Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.

    19:80
  5. وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لِيَكُونُوا لَهُمْ عِزًّا

    (Müşriklər) Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar.

    19:81
  6. كَلَّا ۚ سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا

    Xeyr! (Qiyamət günü o məbudlar) onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar.

    19:82
  7. أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا

    Məgər kafirlərin üstünə onları (günaha) sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?

    19:83
  8. فَلَا تَعْجَلْ عَلَيْهِمْ ۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا

    Odur ki, onlardan ötrü (əzab diləməyə) tələsmə. Biz onların (günlərini) bir-bir sayırıq.

    19:84
  9. يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَٰنِ وَفْدًا

    O gün Biz müttəqiləri Mərhəmətli (Allahın) hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq.

    19:85
  10. وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا

    Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq.

    19:86
  11. لَا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِنْدَ الرَّحْمَٰنِ عَهْدًا

    Mərhəmətli (Allahdan) əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar.

    19:87
  12. وَقَالُوا اتَّخَذَ الرَّحْمَٰنُ وَلَدًا

    (Kafirlər:) «Mərhəmətli (Allah) özünə övlad götürmüşdür!» – dedilər.

    19:88
  13. لَقَدْ جِئْتُمْ شَيْئًا إِدًّا

    Siz olduqca pis bir iş tutdunuz.

    19:89
  14. تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنْشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا

    Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –

    19:90
  15. أَنْ دَعَوْا لِلرَّحْمَٰنِ وَلَدًا

    Mərhəmətli (Allaha) övlad isnad etdiklərinə görə.

    19:91
  16. وَمَا يَنْبَغِي لِلرَّحْمَٰنِ أَنْ يَتَّخِذَ وَلَدًا

    Mərhəmətli (Allaha) özünə övlad götürmək yaraşmaz.

    19:92
  17. إِنْ كُلُّ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَٰنِ عَبْدًا

    Göylərdə və yerdə olanların hamısı Mərhəmətli (Allahın) hüzuruna ancaq bir qul kimi gələcək.

    19:93
  18. لَقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا

    (Allah) onları hesablamış və bir-bir saymışdır.

    19:94
  19. وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا

    Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək.

    19:95

Tərcümə: Əlixan Musayev