Mushaf, səhifə 323

  1. أَمِ اتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً ۖ قُلْ هَاتُوا بُرْهَانَكُمْ ۖ هَٰذَا ذِكْرُ مَنْ مَعِيَ وَذِكْرُ مَنْ قَبْلِي ۗ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ ۖ فَهُمْ مُعْرِضُونَ

    Məgər (müşriklər) Ondan başqa məbudlaramı tapınmışlar? De: «Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri». Lakin onların çoxu əsl həqiqəti bilmir və (ondan) üz çevirirlər.

    21:24
  2. لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ

    (Allah) gördüyü işlər barədə soruşulmaz; onlar isə soruşulacaqlar.

    21:23
  3. لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا ۚ فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ

    Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və (müşriklərin) (Ona) aid etdikləri sifətlərdən uzaqdır!

    21:22
  4. أَمِ اتَّخَذُوا آلِهَةً مِنَ الْأَرْضِ هُمْ يُنْشِرُونَ

    Yoxsa (müşriklər) özlərinə yerdə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər?

    21:21
  5. يُسَبِّحُونَ اللَّيْلَ وَالنَّهَارَ لَا يَفْتُرُونَ

    Onlar gecə-gündüz, usanmadan (Onun) şəninə təriflər deyirlər.

    21:20
  6. وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَنْ عِنْدَهُ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِ وَلَا يَسْتَحْسِرُونَ

    Göylərdə və yerdə kimlər varsa, (hamısı) (Allahındır). Onun yanında olanlar Ona ibadət etməyə təkəbbür göstərmir və (ibadət etməkdən) yorulmurlar.

    21:19
  7. بَلْ نَقْذِفُ بِالْحَقِّ عَلَى الْبَاطِلِ فَيَدْمَغُهُ فَإِذَا هُوَ زَاهِقٌ ۚ وَلَكُمُ الْوَيْلُ مِمَّا تَصِفُونَ

    Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza!

    21:18
  8. لَوْ أَرَدْنَا أَنْ نَتَّخِذَ لَهْوًا لَاتَّخَذْنَاهُ مِنْ لَدُنَّا إِنْ كُنَّا فَاعِلِينَ

    Əgər Biz (Özümüzə) əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz (bunu) etmədik.

    21:17
  9. وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ

    Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq.

    21:16
  10. فَمَا زَالَتْ تِلْكَ دَعْوَاهُمْ حَتَّىٰ جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَ

    Biz onları yanmış küləşə döndərənəcən fəryad qoparırdılar.

    21:15
  11. قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ

    Onlar: «Vay halımıza! Biz, doğrudan da zalım olmuşuq» – deyirdilər.

    21:14
  12. لَا تَرْكُضُوا وَارْجِعُوا إِلَىٰ مَا أُتْرِفْتُمْ فِيهِ وَمَسَاكِنِكُمْ لَعَلَّكُمْ تُسْأَلُونَ

    «Qaçmayın! İçində olduğunuz xoş güzərana və yurdlarınıza qayıdın. Ola bilsin ki, soruşulasınız».

    21:13
  13. فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُمْ مِنْهَا يَرْكُضُونَ

    Onlar əzabımızı hiss edən kimi dərhal oradan qaçmağa başladılar.

    21:12
  14. وَكَمْ قَصَمْنَا مِنْ قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنْشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَ

    Biz zalım olan neçə-neçə məmləkəti məhv edib, sonra başqa xalqlar yaratdıq.

    21:11

Tərcümə: Əlixan Musayev