Mushaf, səhifə 344
-
فَإِذَا اسْتَوَيْتَ أَنْتَ وَمَنْ مَعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ
Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: «Bizi zalım qövmdən xilas edən Allaha həmd olsun!»
23:28 -
وَقُلْ رَبِّ أَنْزِلْنِي مُنْزَلًا مُبَارَكًا وَأَنْتَ خَيْرُ الْمُنْزِلِينَ
(Həmçinin) de: «Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!»
23:29 -
إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ وَإِنْ كُنَّا لَمُبْتَلِينَ
Şübhəsiz ki, bunda ibrətlər vardır. Həqiqətən, Biz (qullarımızı beləcə) sınağa çəkirik.
23:30 -
ثُمَّ أَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ
Onlardan sonra isə başqa bir nəsil yaratdıq.
23:31 -
فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِنْهُمْ أَنِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ
Onlara da özlərindən bir elçi göndərdik. O dedi: «Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?»
23:32 -
وَقَالَ الْمَلَأُ مِنْ قَوْمِهِ الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِلِقَاءِ الْآخِرَةِ وَأَتْرَفْنَاهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ
Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: «O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir.
23:33 -
وَلَئِنْ أَطَعْتُمْ بَشَرًا مِثْلَكُمْ إِنَّكُمْ إِذًا لَخَاسِرُونَ
Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız.
23:34 -
أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنْتُمْ تُرَابًا وَعِظَامًا أَنَّكُمْ مُخْرَجُونَ
O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra (dirildilib yenidən) çıxarılacağınızımı vəd edir?
23:35 -
هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ
Sizə vəd olunan şey (həqiqətdən) çox uzaqdır, çox uzaq!
23:36 -
إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ
Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik [birimiz ölür, digərimiz anadan olur] və biz dirilməyəcəyik.
23:37 -
إِنْ هُوَ إِلَّا رَجُلٌ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُ بِمُؤْمِنِينَ
Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik».
23:38 -
قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ
O dedi: «Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!»
23:39 -
قَالَ عَمَّا قَلِيلٍ لَيُصْبِحُنَّ نَادِمِينَ
(Allah) dedi: «Onlar tezliklə peşman olacaqlar!»
23:40 -
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ بِالْحَقِّ فَجَعَلْنَاهُمْ غُثَاءً ۚ فَبُعْدًا لِلْقَوْمِ الظَّالِمِينَ
Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar!
23:41 -
ثُمَّ أَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قُرُونًا آخَرِينَ
Onlardan sonra başqa-başqa nəsillər yaratdıq.
23:42
Tərcümə: Əlixan Musayev