Mushaf, səhifə 393

  1. وَمَا أُوتِيتُمْ مِنْ شَيْءٍ فَمَتَاعُ الْحَيَاةِ الدُّنْيَا وَزِينَتُهَا ۚ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ وَأَبْقَىٰ ۚ أَفَلَا تَعْقِلُونَ

    Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər anlamırsınız?

    28:60
  2. أَفَمَنْ وَعَدْنَاهُ وَعْدًا حَسَنًا فَهُوَ لَاقِيهِ كَمَنْ مَتَّعْنَاهُ مَتَاعَ الْحَيَاةِ الدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ الْقِيَامَةِ مِنَ الْمُحْضَرِينَ

    Məgər verdiyimiz gözəl bir vədə [Cənnətə] qovuşan kimsə, dünya həyatının keçici zövqünü bəxş etdiyimiz, sonra da qiyamət günü (Cəhənnəmə) gətiriləcək kimsə ilə eyni ola bilər?

    28:61
  3. وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَائِيَ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ

    O gün (Allah) onları çağırıb deyəcəkdir: «İddia etdiyiniz şəriklərim haradadırlar?»

    28:62
  4. قَالَ الَّذِينَ حَقَّ عَلَيْهِمُ الْقَوْلُ رَبَّنَا هَٰؤُلَاءِ الَّذِينَ أَغْوَيْنَا أَغْوَيْنَاهُمْ كَمَا غَوَيْنَا ۖ تَبَرَّأْنَا إِلَيْكَ ۖ مَا كَانُوا إِيَّانَا يَعْبُدُونَ

    Barələrində Sözün gerçəkləşəcəyi kimsələr deyəcəklər: «Ey Rəbbimiz! Bunlar bizim azdırdığımız kimsələrdir. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz (onlardan) uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər».

    28:63
  5. وَقِيلَ ادْعُوا شُرَكَاءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَرَأَوُا الْعَذَابَ ۚ لَوْ أَنَّهُمْ كَانُوا يَهْتَدُونَ

    (Müşriklərə): «Şəriklərinizi çağırın!» – deyiləcək. (Müşriklər) onları çağıracaq, lakin (şərikləri) onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Yaxşı olardı ki, onlar doğru yolla getmiş olaydılar.

    28:64
  6. وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَا أَجَبْتُمُ الْمُرْسَلِينَ

    O gün Allah onları çağırıb: «Elçilərə nə cavab verdiniz?» – deyəcək.

    28:65
  7. فَعَمِيَتْ عَلَيْهِمُ الْأَنْبَاءُ يَوْمَئِذٍ فَهُمْ لَا يَتَسَاءَلُونَ

    O gün xəbərlər onlardan gizli qalacaq. Onlar bir-birindən (heç bir şey) soruşa bilməyəcəklər.

    28:66
  8. فَأَمَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَعَسَىٰ أَنْ يَكُونَ مِنَ الْمُفْلِحِينَ

    Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun.

    28:67
  9. وَرَبُّكَ يَخْلُقُ مَا يَشَاءُ وَيَخْتَارُ ۗ مَا كَانَ لَهُمُ الْخِيَرَةُ ۚ سُبْحَانَ اللَّهِ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

    Rəbbin istədiyini yaradır və (istədiyini də peyğəmbər) seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır.

    28:68
  10. وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ

    Sənin Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir.

    28:69
  11. وَهُوَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْحَمْدُ فِي الْأُولَىٰ وَالْآخِرَةِ ۖ وَلَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ

    O, Allahdır. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.

    28:70

Tərcümə: Əlixan Musayev