Mushaf, səhifə 441

  1. وَاضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ

    Sən onlara o şəhər sakinlərini misal çək. O zaman ki, onlara elçilər gəlmişdi.

    36:13
  2. إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُمْ مُرْسَلُونَ

    O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. (Bu elçilər): «Həqiqətən, biz sizə göndərilmiş elçilərik» – dedilər.

    36:14
  3. قَالُوا مَا أَنْتُمْ إِلَّا بَشَرٌ مِثْلُنَا وَمَا أَنْزَلَ الرَّحْمَٰنُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلَّا تَكْذِبُونَ

    Onlar dedilər: «Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli (Allah) (sizə) heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız».

    36:15
  4. قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْكُمْ لَمُرْسَلُونَ

    (Elçilər) dedilər: «Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.

    36:16
  5. وَمَا عَلَيْنَا إِلَّا الْبَلَاغُ الْمُبِينُ

    Bizim vəzifəmiz ancaq (vəhy olunanı) aşkar təbliğ etməkdir».

    36:17
  6. قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِنْ لَمْ تَنْتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ

    Onlar dedilər: «Biz sizdə bəd əlamət gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır».

    36:18
  7. قَالُوا طَائِرُكُمْ مَعَكُمْ ۚ أَئِنْ ذُكِّرْتُمْ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ

    (Elçilər) dedilər: «Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Yoxsa sizə edilən öyüd-nəsihəti (bəd əlamət sayırsınız)?! Doğrusu, siz həddi aşmış bir qövmsünüz.»

    36:19
  8. وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَىٰ قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ

    Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: «Ey qövmüm, elçilərə tabe olun!

    36:20
  9. اتَّبِعُوا مَنْ لَا يَسْأَلُكُمْ أَجْرًا وَهُمْ مُهْتَدُونَ

    Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan kəslərə tabe olun!

    36:21
  10. وَمَا لِيَ لَا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ

    Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız (Allaha) ibadət etməyim?!

    36:22
  11. أَأَتَّخِذُ مِنْ دُونِهِ آلِهَةً إِنْ يُرِدْنِ الرَّحْمَٰنُ بِضُرٍّ لَا تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلَا يُنْقِذُونِ

    Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi?! Əgər Mərhəmətli (Allah) mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.

    36:23
  12. إِنِّي إِذًا لَفِي ضَلَالٍ مُبِينٍ

    Belə olacağı təqdirdə mən açıq-aydın azğınlığa düşmüş olaram.

    36:24
  13. إِنِّي آمَنْتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ

    Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!»

    36:25
  14. قِيلَ ادْخُلِ الْجَنَّةَ ۖ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ

    (Şəhərin sakinləri bu kişini öldürdükdən sonra) ona: «Cənnətə daxil ol!» – deyildi. O dedi: «Kaş qövmüm biləydi ki,

    36:26
  15. بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ

    Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi».

    36:27

Tərcümə: Əlixan Musayev