Mushaf, səhifə 446

  1. وَالصَّافَّاتِ صَفًّا

    And olsun (göylərdə və yerdə) səf-səf duranlara,

    37:1
  2. فَالزَّاجِرَاتِ زَجْرًا

    (buludları) qətiyyətlə qovanlara

    37:2
  3. فَالتَّالِيَاتِ ذِكْرًا

    və Zikri oxuyanlara!

    37:3
  4. إِنَّ إِلَٰهَكُمْ لَوَاحِدٌ

    Həqiqətən, sizin məbudunuz təkdir!

    37:4
  5. رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ

    O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.

    37:5
  6. إِنَّا زَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِزِينَةٍ الْكَوَاكِبِ

    Biz dünya səmasını ulduzlarla bəzədik

    37:6
  7. وَحِفْظًا مِنْ كُلِّ شَيْطَانٍ مَارِدٍ

    və (onu) hər bir asi şeytandan mühafizə etdik.

    37:7
  8. لَا يَسَّمَّعُونَ إِلَى الْمَلَإِ الْأَعْلَىٰ وَيُقْذَفُونَ مِنْ كُلِّ جَانِبٍ

    Onlar artıq ali topluma – (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar

    37:8
  9. دُحُورًا ۖ وَلَهُمْ عَذَابٌ وَاصِبٌ

    (və oradan) qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.

    37:9
  10. إِلَّا مَنْ خَطِفَ الْخَطْفَةَ فَأَتْبَعَهُ شِهَابٌ ثَاقِبٌ

    Lakin (şeytanlardan) hər kim (o söhbətlərdən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan alov təqib edər.

    37:10
  11. فَاسْتَفْتِهِمْ أَهُمْ أَشَدُّ خَلْقًا أَمْ مَنْ خَلَقْنَا ۚ إِنَّا خَلَقْنَاهُمْ مِنْ طِينٍ لَازِبٍ

    (Kafirlərdən) soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.

    37:11
  12. بَلْ عَجِبْتَ وَيَسْخَرُونَ

    Sən onlara təəccüb edirsən, onlar isə (səni) ələ salırlar.

    37:12
  13. وَإِذَا ذُكِّرُوا لَا يَذْكُرُونَ

    Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.

    37:13
  14. وَإِذَا رَأَوْا آيَةً يَسْتَسْخِرُونَ

    Bir möcüzə gördükdə isə ona istehza edir

    37:14
  15. وَقَالُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ

    və deyirlər: «Bu ancaq açıq-aydın bir sehrdir.

    37:15
  16. أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ

    Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?!

    37:16
  17. أَوَآبَاؤُنَا الْأَوَّلُونَ

    Habelə, (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!»

    37:17
  18. قُلْ نَعَمْ وَأَنْتُمْ دَاخِرُونَ

    De: «Bəli, özü də, zəlil olduğunuz halda (dirildiləcəksiniz)».

    37:18
  19. فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ فَإِذَا هُمْ يَنْظُرُونَ

    Bu, təkcə dəhşətli bir səs olacaq. Onlar dərhal (dirilib düçar olduqları müsibəti) görəcəklər.

    37:19
  20. وَقَالُوا يَا وَيْلَنَا هَٰذَا يَوْمُ الدِّينِ

    (Günahkarlar) deyəcəklər: «Vay halımıza! Bu ki, Din günüdür!»

    37:20
  21. هَٰذَا يَوْمُ الْفَصْلِ الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ

    (Onlara deyiləcək:) «Bu, yalan saydığınız fərqləndirmə günüdür!»

    37:21
  22. احْشُرُوا الَّذِينَ ظَلَمُوا وَأَزْوَاجَهُمْ وَمَا كَانُوا يَعْبُدُونَ

    (Mələklərə belə əmr olunacaq:) «Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –

    37:22
  23. مِنْ دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَىٰ صِرَاطِ الْجَحِيمِ

    Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.

    37:23
  24. وَقِفُوهُمْ ۖ إِنَّهُمْ مَسْئُولُونَ

    Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar».

    37:24

Tərcümə: Əlixan Musayev