Mushaf, səhifə 447
-
مَا لَكُمْ لَا تَنَاصَرُونَ
(Günahkarlara deyiləcək:) «Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?»
37:25 -
بَلْ هُمُ الْيَوْمَ مُسْتَسْلِمُونَ
Xeyr, onlar bu gün təslim olmuşlar!
37:26 -
وَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ
Onlar bir-birinə üz tutub soruşacaqlar.
37:27 -
قَالُوا إِنَّكُمْ كُنْتُمْ تَأْتُونَنَا عَنِ الْيَمِينِ
(Tabe olanlar) deyəcəklər: «Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz».
37:28 -
قَالُوا بَلْ لَمْ تَكُونُوا مُؤْمِنِينَ
(Başçılar) deyəcəklər: «Xeyr! Siz inanan adamlar deyildiniz.
37:29 -
وَمَا كَانَ لَنَا عَلَيْكُمْ مِنْ سُلْطَانٍ ۖ بَلْ كُنْتُمْ قَوْمًا طَاغِينَ
Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
37:30 -
فَحَقَّ عَلَيْنَا قَوْلُ رَبِّنَا ۖ إِنَّا لَذَائِقُونَ
Rəbbimizin sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) hökmən dadacağıq.
37:31 -
فَأَغْوَيْنَاكُمْ إِنَّا كُنَّا غَاوِينَ
Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik».
37:32 -
فَإِنَّهُمْ يَوْمَئِذٍ فِي الْعَذَابِ مُشْتَرِكُونَ
Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.
37:33 -
إِنَّا كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ
Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.
37:34 -
إِنَّهُمْ كَانُوا إِذَا قِيلَ لَهُمْ لَا إِلَٰهَ إِلَّا اللَّهُ يَسْتَكْبِرُونَ
Çünki onlara: «Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur!» – deyildikdə təkəbbür göstərir
37:35 -
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُو آلِهَتِنَا لِشَاعِرٍ مَجْنُونٍ
və deyirdilər: «Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?!»
37:36 -
بَلْ جَاءَ بِالْحَقِّ وَصَدَّقَ الْمُرْسَلِينَ
Xeyr! O, haqqı gətirdi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi.
37:37 -
إِنَّكُمْ لَذَائِقُو الْعَذَابِ الْأَلِيمِ
Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız.
37:38 -
وَمَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ
Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
37:39 -
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ
Lakin Allahın seçilmiş (ixlaslı) qulları müstəsnadır.
37:40 -
أُولَٰئِكَ لَهُمْ رِزْقٌ مَعْلُومٌ
Məhz onlar üçün məlum bir ruzi vardır –
37:41 -
فَوَاكِهُ ۖ وَهُمْ مُكْرَمُونَ
(Cənnət) meyvələri. Onlara ehtiram göstəriləcək –
37:42 -
فِي جَنَّاتِ النَّعِيمِ
Nəim cənnətlərində.
37:43 -
عَلَىٰ سُرُرٍ مُتَقَابِلِينَ
Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar).
37:44 -
يُطَافُ عَلَيْهِمْ بِكَأْسٍ مِنْ مَعِينٍ
Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaq.
37:45 -
بَيْضَاءَ لَذَّةٍ لِلشَّارِبِينَ
Özü də ağappaq, içənlərə ləzzət verən (bir şərab).
37:46 -
لَا فِيهَا غَوْلٌ وَلَا هُمْ عَنْهَا يُنْزَفُونَ
O (şərab) nə baş ağrısı verər, nə də onlar ondan məst olarlar.
37:47 -
وَعِنْدَهُمْ قَاصِرَاتُ الطَّرْفِ عِينٌ
Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qara gözlü hurilər olacaq.
37:48 -
كَأَنَّهُنَّ بَيْضٌ مَكْنُونٌ
Özü də qorunub saxlanılmış yumurta kimi (hurilər).
37:49 -
فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَسَاءَلُونَ
Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
37:50 -
قَالَ قَائِلٌ مِنْهُمْ إِنِّي كَانَ لِي قَرِينٌ
Onlardan biri deyəcək: «Mənim bir tanışım var idi.
37:51
Tərcümə: Əlixan Musayev