Mushaf, səhifə 453
-
ص ۚ وَالْقُرْآنِ ذِي الذِّكْرِ
Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!
38:1 -
بَلِ الَّذِينَ كَفَرُوا فِي عِزَّةٍ وَشِقَاقٍ
Kafirlər təkəbbür və nifaq içindədirlər.
38:2 -
كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنْ قَرْنٍ فَنَادَوْا وَلَاتَ حِينَ مَنَاصٍ
Biz onlardan öncə neçə-neçə nəsilləri məhv etdik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi.
38:3 -
وَعَجِبُوا أَنْ جَاءَهُمْ مُنْذِرٌ مِنْهُمْ ۖ وَقَالَ الْكَافِرُونَ هَٰذَا سَاحِرٌ كَذَّابٌ
Onlar öz aralarından onlara xəbərdarlıq edən (bir peyğəmbər) gəldiyinə təəccüb etdilər və kafirlər dedilər: «Bu, yalançı bir sehrbazdır!
38:4 -
أَجَعَلَ الْآلِهَةَ إِلَٰهًا وَاحِدًا ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ عُجَابٌ
O, məbudların hamısını bir məbudmu etdi?! Həqiqətən, bu, əcaib bir şeydir.»
38:5 -
وَانْطَلَقَ الْمَلَأُ مِنْهُمْ أَنِ امْشُوا وَاصْبِرُوا عَلَىٰ آلِهَتِكُمْ ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ يُرَادُ
Onların adlı-sanlı adamları çıxıb gedərək (dedilər): «Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu (sizdən) istənilən bir şeydir.
38:6 -
مَا سَمِعْنَا بِهَٰذَا فِي الْمِلَّةِ الْآخِرَةِ إِنْ هَٰذَا إِلَّا اخْتِلَاقٌ
Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.
38:7 -
أَأُنْزِلَ عَلَيْهِ الذِّكْرُ مِنْ بَيْنِنَا ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْ ذِكْرِي ۖ بَلْ لَمَّا يَذُوقُوا عَذَابِ
Məgər içimizdən təkcə onamı Zikr [Quran] vəhy edilmişdir?!» Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.
38:8 -
أَمْ عِنْدَهُمْ خَزَائِنُ رَحْمَةِ رَبِّكَ الْعَزِيزِ الْوَهَّابِ
Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır?!
38:9 -
أَمْ لَهُمْ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا فِي الْأَسْبَابِ
Yaxud göylərin, yerin və onların arasında olanların səltənəti onlara məxsudur?! Qoy onda istənilən yolla (göyə) qalxsınlar.
38:10 -
جُنْدٌ مَا هُنَالِكَ مَهْزُومٌ مِنَ الْأَحْزَابِ
Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın ediləcək.
38:11 -
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَفِرْعَوْنُ ذُو الْأَوْتَادِ
Onlardan əvvəl Nuh qövmü, Ad (tayfası) və dirəklər sahibi Firon da (elçiləri) yalançı saymışdılar.
38:12 -
وَثَمُودُ وَقَوْمُ لُوطٍ وَأَصْحَابُ الْأَيْكَةِ ۚ أُولَٰئِكَ الْأَحْزَابُ
Həmçinin Səmud tayfası, Lut qövmü və Əykə əhli də. Bunlar əlbir dəstələr idi.
38:13 -
إِنْ كُلٌّ إِلَّا كَذَّبَ الرُّسُلَ فَحَقَّ عِقَابِ
Hər biri elçiləri yalançı hesab etdi və Mənim cəzam da gerçəkləşdi.
38:14 -
وَمَا يَنْظُرُ هَٰؤُلَاءِ إِلَّا صَيْحَةً وَاحِدَةً مَا لَهَا مِنْ فَوَاقٍ
Onlar qarşısıalınmaz təkcə bir tükürpədici səsi gözləyirlər.
38:15 -
وَقَالُوا رَبَّنَا عَجِّلْ لَنَا قِطَّنَا قَبْلَ يَوْمِ الْحِسَابِ
Onlar (istehza edərək:) «Ey Rəbbimiz! Bizim payımızı Haqq-hesab günü gəlməmişdən əvvəl tezliklə ver!» – dedilər.
38:16
Tərcümə: Əlixan Musayev