Mushaf, səhifə 452

  1. مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

    Sizə nə olub, necə hökm verirsiniz?!

    37:154
  2. أَفَلَا تَذَكَّرُونَ

    Məgər düşünmürsünüz?!

    37:155
  3. أَمْ لَكُمْ سُلْطَانٌ مُبِينٌ

    Yoxsa sizin aydın bir dəliliniz var?!

    37:156
  4. فَأْتُوا بِكِتَابِكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ

    Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!

    37:157
  5. وَجَعَلُوا بَيْنَهُ وَبَيْنَ الْجِنَّةِ نَسَبًا ۚ وَلَقَدْ عَلِمَتِ الْجِنَّةُ إِنَّهُمْ لَمُحْضَرُونَ

    Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların (məhşərə) gətiriləcəyini bilirlər.

    37:158
  6. سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ

    Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.

    37:159
  7. إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

    Yalnız Allahın seçilmiş (səmimi) qullarından başqa.

    37:160
  8. فَإِنَّكُمْ وَمَا تَعْبُدُونَ

    (Ey müşriklər!) Nə siz, nə də sizin tapındıqlarınız

    37:161
  9. مَا أَنْتُمْ عَلَيْهِ بِفَاتِنِينَ

    (heç kəsi) (Allaha) qarşı yoldan çıxara bilməzsiniz.

    37:162
  10. إِلَّا مَنْ هُوَ صَالِ الْجَحِيمِ

    Ancaq Cəhənnəmə girəcək kimsədən başqa.

    37:163
  11. وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَعْلُومٌ

    (Mələklər dedi): «Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.

    37:164
  12. وَإِنَّا لَنَحْنُ الصَّافُّونَ

    Həqiqətən, biz səf-səf dururuq.

    37:165
  13. وَإِنَّا لَنَحْنُ الْمُسَبِّحُونَ

    Həqiqətən, biz (Allahın şəninə) təriflər deyirik».

    37:166
  14. وَإِنْ كَانُوا لَيَقُولُونَ

    (Müşriklər) deyirdilər:

    37:167
  15. لَوْ أَنَّ عِنْدَنَا ذِكْرًا مِنَ الْأَوَّلِينَ

    «Əgər bizdə də əvvəlkilərdə olan zikrdən [o kitabdan] olsaydı,

    37:168
  16. لَكُنَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ

    biz mütləq Allahın seçilmiş (səmimi) qulları olardıq».

    37:169
  17. فَكَفَرُوا بِهِ ۖ فَسَوْفَ يَعْلَمُونَ

    Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər.

    37:170
  18. وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَ

    Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:

    37:171
  19. إِنَّهُمْ لَهُمُ الْمَنْصُورُونَ

    «Həqiqətən, onlara kömək göstəriləcək.

    37:172
  20. وَإِنَّ جُنْدَنَا لَهُمُ الْغَالِبُونَ

    Bizim ordumuz mütləq qalib gələcək».

    37:173
  21. فَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ

    Sən bir müddət onlardan üz çevir!

    37:174
  22. وَأَبْصِرْهُمْ فَسَوْفَ يُبْصِرُونَ

    Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.

    37:175
  23. أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ

    Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?

    37:176
  24. فَإِذَا نَزَلَ بِسَاحَتِهِمْ فَسَاءَ صَبَاحُ الْمُنْذَرِينَ

    Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!

    37:177
  25. وَتَوَلَّ عَنْهُمْ حَتَّىٰ حِينٍ

    Sən bir müddət onlardan üz çevir!

    37:178
  26. وَأَبْصِرْ فَسَوْفَ يُبْصِرُونَ

    Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.

    37:179
  27. سُبْحَانَ رَبِّكَ رَبِّ الْعِزَّةِ عَمَّا يَصِفُونَ

    Sənin pak və müqəddəs Rəbbin - qüdrət sahibi olan Rəbbin müşriklərin (Ona) aid etdikləri sifətlərdən uzaqdır.

    37:180
  28. وَسَلَامٌ عَلَى الْمُرْسَلِينَ

    Elçilərə salam olsun!

    37:181
  29. وَالْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ

    Həmd, aləmlərin Rəbbi Allaha məxsusdur!

    37:182

Tərcümə: Əlixan Musayev