Mushaf, səhifə 464

  1. وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

    Onların qazandıqları pis əməllər özlərinə göstəriləcək və istehza etdikləri (əzab) onları bürüyəcək.

    39:48
  2. فَإِذَا مَسَّ الْإِنْسَانَ ضُرٌّ دَعَانَا ثُمَّ إِذَا خَوَّلْنَاهُ نِعْمَةً مِنَّا قَالَ إِنَّمَا أُوتِيتُهُ عَلَىٰ عِلْمٍ ۚ بَلْ هِيَ فِتْنَةٌ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

    İnsana bir zərər toxunduğu zaman Bizə yalvarar. Sonra Biz ona Özümüzdən bir nemət verdikdə deyər: «Bu mənə yalnız (özümdə olan) biliyə görə verilmişdir!» Xeyr, bu, bir sınaqdır, lakin onların çoxu (bunu) bilmir.

    39:49
  3. قَدْ قَالَهَا الَّذِينَ مِنْ قَبْلِهِمْ فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ

    Bunu onlardan əvvəlkilər də demişdilər. Amma qazandıqları şeylər onlara heç bir fayda vermədi.

    39:50
  4. فَأَصَابَهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا ۚ وَالَّذِينَ ظَلَمُوا مِنْ هَٰؤُلَاءِ سَيُصِيبُهُمْ سَيِّئَاتُ مَا كَسَبُوا وَمَا هُمْ بِمُعْجِزِينَ

    Onlar etdikləri pis əməllərin cəzasını aldılar. Bunlardan zalım olanlara da qazandıqları günahların cəzasını alacaqlar. Onlar qaçıb (canlarını) qurtara bilməyəcəklər.

    39:51
  5. أَوَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ

    Məgər onlar bilmirlər ki, Allah istədiyinin ruzisini bol edir, (istədiyininkini də) azaldır?! Həqiqətən, bunda iman gətirən bir qövm üçün dəlillər var.

    39:52
  6. قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَىٰ أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ ۚ إِنَّ اللَّهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا ۚ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ

    (Qullarıma mənim bu sözümü) de: «Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!»

    39:53
  7. وَأَنِيبُوا إِلَىٰ رَبِّكُمْ وَأَسْلِمُوا لَهُ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ ثُمَّ لَا تُنْصَرُونَ

    Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona təslim olun. Sonra sizə heç bir kömək edilməz.

    39:54
  8. وَاتَّبِعُوا أَحْسَنَ مَا أُنْزِلَ إِلَيْكُمْ مِنْ رَبِّكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَكُمُ الْعَذَابُ بَغْتَةً وَأَنْتُمْ لَا تَشْعُرُونَ

    Əzab sizə özünüz də hiss etmədən, qəfil gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl (sözə) tabe olun!

    39:55
  9. أَنْ تَقُولَ نَفْسٌ يَا حَسْرَتَا عَلَىٰ مَا فَرَّطْتُ فِي جَنْبِ اللَّهِ وَإِنْ كُنْتُ لَمِنَ السَّاخِرِينَ

    (Sonra) kimsə deməsin: «Allaha qarşı etdiyim etinasızlıqlara görə vay mənim halıma! Həqiqətən, mən (dinə və dində olanlara) rişxənd edənlərdən idim!»

    39:56

Tərcümə: Əlixan Musayev