Mushaf, səhifə 471
-
وَلَقَدْ جَاءَكُمْ يُوسُفُ مِنْ قَبْلُ بِالْبَيِّنَاتِ فَمَا زِلْتُمْ فِي شَكٍّ مِمَّا جَاءَكُمْ بِهِ ۖ حَتَّىٰ إِذَا هَلَكَ قُلْتُمْ لَنْ يَبْعَثَ اللَّهُ مِنْ بَعْدِهِ رَسُولًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ هُوَ مُسْرِفٌ مُرْتَابٌ
Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə dediniz: «Allah ondan sonra elçi göndərməyəcək!» Allah həddi aşan, şübhə edən kimsəni belə sapdırar.
40:34 -
الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ ۖ كَبُرَ مَقْتًا عِنْدَ اللَّهِ وَعِنْدَ الَّذِينَ آمَنُوا ۚ كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ كُلِّ قَلْبِ مُتَكَبِّرٍ جَبَّارٍ
O kəslər ki, özlərinə bir dəlil gəlmədiyi halda, Allahın ayələri barəsində mübahisə edirlər. Bu, həm Allah yanında, həm də iman gətirənlər yanında nifrət artırır. Allah hər bir təkəbbürlünün və zalımın qəlbini belə möhürləyir.
40:35 -
وَقَالَ فِرْعَوْنُ يَا هَامَانُ ابْنِ لِي صَرْحًا لَعَلِّي أَبْلُغُ الْأَسْبَابَ
Firon dedi: «Ey Haman! Mənim üçün uca bir qüllə tik ki, bəlkə yollara çatım –
40:36 -
أَسْبَابَ السَّمَاوَاتِ فَأَطَّلِعَ إِلَىٰ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُ كَاذِبًا ۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرْعَوْنَ سُوءُ عَمَلِهِ وَصُدَّ عَنِ السَّبِيلِ ۚ وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِي تَبَابٍ
göylərin yollarına (çatım) və Musanın İlahını görüm. Həqiqətən, mən (Musanı) yalançı sayıram!» Firona pis əməli beləcə gözəl göstərildi və o, yoldan çıxarıldı. Fironun hiyləsi uğursuz oldu.
40:37 -
وَقَالَ الَّذِي آمَنَ يَا قَوْمِ اتَّبِعُونِ أَهْدِكُمْ سَبِيلَ الرَّشَادِ
O mömin kişi dedi: «Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola yönəldim.
40:38 -
يَا قَوْمِ إِنَّمَا هَٰذِهِ الْحَيَاةُ الدُّنْيَا مَتَاعٌ وَإِنَّ الْآخِرَةَ هِيَ دَارُ الْقَرَارِ
Ey qövmüm! Bu dünya həyatı fani bir şeydir, axirət isə əbədi qərar tutulacaq yurddur.
40:39 -
مَنْ عَمِلَ سَيِّئَةً فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا ۖ وَمَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ
Kim pis bir iş tutsa, o, ancaq etdiyi pislik qədər cəza alar. Mömin olduğu halda yaxşı iş görən kişilər və qadınlar isə Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar.
40:40
Tərcümə: Əlixan Musayev