Mushaf, səhifə 472

  1. وَيَا قَوْمِ مَا لِي أَدْعُوكُمْ إِلَى النَّجَاةِ وَتَدْعُونَنِي إِلَى النَّارِ

    Ey qövmüm! Necə olur ki, mən sizi nicat tapmağa çağırdığım halda, siz məni Cəhənnəm oduna çağırırsınız?!

    40:41
  2. تَدْعُونَنِي لِأَكْفُرَ بِاللَّهِ وَأُشْرِكَ بِهِ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ وَأَنَا أَدْعُوكُمْ إِلَى الْعَزِيزِ الْغَفَّارِ

    Siz məni Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırdığınız halda, mən sizi qüdrətli, çox bağışlayan (Allaha) çağırıram.

    40:42
  3. لَا جَرَمَ أَنَّمَا تَدْعُونَنِي إِلَيْهِ لَيْسَ لَهُ دَعْوَةٌ فِي الدُّنْيَا وَلَا فِي الْآخِرَةِ وَأَنَّ مَرَدَّنَا إِلَى اللَّهِ وَأَنَّ الْمُسْرِفِينَ هُمْ أَصْحَابُ النَّارِ

    Heç şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur. Bizim dönüşümüz Allahadır. Həddi aşanlar isə od sakinləridirlər.

    40:43
  4. فَسَتَذْكُرُونَ مَا أَقُولُ لَكُمْ ۚ وَأُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ

    Sizə söylədiklərimi tezliklə xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah qullarını görəndir.»

    40:44
  5. فَوَقَاهُ اللَّهُ سَيِّئَاتِ مَا مَكَرُوا ۖ وَحَاقَ بِآلِ فِرْعَوْنَ سُوءُ الْعَذَابِ

    Allah (Musanı) onların qurduğu hiylələrin şərindən qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü.

    40:45
  6. النَّارُ يُعْرَضُونَ عَلَيْهَا غُدُوًّا وَعَشِيًّا ۖ وَيَوْمَ تَقُومُ السَّاعَةُ أَدْخِلُوا آلَ فِرْعَوْنَ أَشَدَّ الْعَذَابِ

    Onları səhər-axşam oda salırlar. (Qiyamət) saatı gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!

    40:46
  7. وَإِذْ يَتَحَاجُّونَ فِي النَّارِ فَيَقُولُ الضُّعَفَاءُ لِلَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُنَّا لَكُمْ تَبَعًا فَهَلْ أَنْتُمْ مُغْنُونَ عَنَّا نَصِيبًا مِنَ النَّارِ

    O zaman onlar Cəhənnəmdə bir-birilə höcətləşəcək, zəiflər təkəbbür göstərənlərə deyəcəklər: «Biz sizin ardınızca gedirdik. İndi siz Cəhənnəm odunun bir hissəsini bizdən uzaq edə bilərsinizmi?!»

    40:47
  8. قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُلٌّ فِيهَا إِنَّ اللَّهَ قَدْ حَكَمَ بَيْنَ الْعِبَادِ

    Təkəbbür göstərənlər deyəcəklər: «Hamımız odun içindəyik. Allah artıq Öz qulları arasında hökmünü vermişdir.»

    40:48
  9. وَقَالَ الَّذِينَ فِي النَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ادْعُوا رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًا مِنَ الْعَذَابِ

    Odda olanlar Cəhənnəm gözətçilərinə deyəcəklər: «Rəbbinizə yalvarın ki, bircə gün əzabımızı yüngülləşdirsin!»

    40:49

Tərcümə: Əlixan Musayev