Mushaf, səhifə 475
-
هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ يُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ ثُمَّ لِتَكُونُوا شُيُوخًا ۚ وَمِنْكُمْ مَنْ يُتَوَفَّىٰ مِنْ قَبْلُ ۖ وَلِتَبْلُغُوا أَجَلًا مُسَمًّى وَلَعَلَّكُمْ تَعْقِلُونَ
Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi, böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq (ana bətnindən) çıxardan Odur. İçərinizdə (qocalmamışdan) əvvəl ölənlər də vardır. (Bu ona görədir) ki, müəyyən olunmuş vaxta yetişəsiniz və bəlkə, düşünüb anlayasınız.
40:67 -
هُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ ۖ فَإِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ
Dirildən də, Öldürən də Odur. O, bir şeyin olmasını istədikdə, ona ancaq: «Ol» – deyir, o da olur.
40:68 -
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ أَنَّىٰ يُصْرَفُونَ
Allahın ayələri barədə mübahisə edənləri görmürsənmi?! Onlar necə də (haqdan) döndərilirlər!
40:69 -
الَّذِينَ كَذَّبُوا بِالْكِتَابِ وَبِمَا أَرْسَلْنَا بِهِ رُسُلَنَا ۖ فَسَوْفَ يَعْلَمُونَ
Onlar Kitabı və elçilərimizə göndərdiklərimizi yalan saydılar. Onlar tezliklə biləcəklər;
40:70 -
إِذِ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ وَالسَّلَاسِلُ يُسْحَبُونَ
o zaman ki, boyunlarında dəmir halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər –
40:71 -
فِي الْحَمِيمِ ثُمَّ فِي النَّارِ يُسْجَرُونَ
qaynar suya tərəf; sonra odda yandırılacaqlar.
40:72 -
ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنْتُمْ تُشْرِكُونَ
Sonra da onlara deyiləcək: «Haradadır şərik qoşduqlarınız –
40:73 -
مِنْ دُونِ اللَّهِ ۖ قَالُوا ضَلُّوا عَنَّا بَلْ لَمْ نَكُنْ نَدْعُو مِنْ قَبْلُ شَيْئًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ الْكَافِرِينَ
Allahdan başqa (ibadət etdikləriniz)?» Onlar deyəcəklər: «Onlar bizi qoyub getdilər. Xeyr, biz öncə də heç bir şeyə ibadət etmirdik!» Allah kafirləri beləcə azğınlığa salar.
40:74 -
ذَٰلِكُمْ بِمَا كُنْتُمْ تَفْرَحُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَمْرَحُونَ
«Bu, sizin yer üzündə nahaq yerə sevinməyinizə və qürrələnməyinizə görədir!
40:75 -
ادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ
İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!» Təkəbbürlülərin yeri necə də pisdir!
40:76 -
فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۚ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ
Səbir et! Həqiqətən, Allahın vədi haqdır. Ya onlara vəd etdiyimizin bir qismini sənə göstərəcək, ya da daha öncə sənin həyatını sona çatdıracağıq. Onlar (axırda) Bizə qaytarılacaqlar.
40:77
Tərcümə: Əlixan Musayev