Mushaf, səhifə 489

  1. وَكَذَٰلِكَ أَوْحَيْنَا إِلَيْكَ رُوحًا مِنْ أَمْرِنَا ۚ مَا كُنْتَ تَدْرِي مَا الْكِتَابُ وَلَا الْإِيمَانُ وَلَٰكِنْ جَعَلْنَاهُ نُورًا نَهْدِي بِهِ مَنْ نَشَاءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِي إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ

    Biz sənə Öz əmrimizdən olan Ruhu [Quranı] vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən (onları) doğru yola yönəldirsən –

    42:52
  2. صِرَاطِ اللَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ أَلَا إِلَى اللَّهِ تَصِيرُ الْأُمُورُ

    göylərdə və yerdə olanların sahibi Allahın yoluna. Şübhəsiz ki, bütün işlər Allaha qayıdır.

    42:53
  3. حم

    Ha. Mim.

    43:1
  4. وَالْكِتَابِ الْمُبِينِ

    (Bu) aydın Kitaba and olsun!

    43:2
  5. إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

    Biz Quranı ərəbcə etdik ki, onu anlayasınız.

    43:3
  6. وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيمٌ

    Şübhəsiz ki, o, yanımızdakı ana kitabdadır. O, ucadır, hikmətlə doludur.

    43:4
  7. أَفَنَضْرِبُ عَنْكُمُ الذِّكْرَ صَفْحًا أَنْ كُنْتُمْ قَوْمًا مُسْرِفِينَ

    Yoxsa, siz həddi aşan adamlar olduğunuza görə, Biz Zikri sizə çatdırmaqdan vaz keçməliyik?!

    43:5
  8. وَكَمْ أَرْسَلْنَا مِنْ نَبِيٍّ فِي الْأَوَّلِينَ

    Biz əvvəlki (ümmətlərə) də neçə-neçə peyğəmbər göndərmişdik.

    43:6
  9. وَمَا يَأْتِيهِمْ مِنْ نَبِيٍّ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

    Onlara elə bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər.

    43:7
  10. فَأَهْلَكْنَا أَشَدَّ مِنْهُمْ بَطْشًا وَمَضَىٰ مَثَلُ الْأَوَّلِينَ

    Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin aqibəti ötüb keçmişdir.

    43:8
  11. وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ الْعَزِيزُ الْعَلِيمُ

    Əgər sən onlardan: «Göyləri və yeri kim yaratmışdır?» – deyə soruşsan, mütləq: «Onları Qüdrətli və Bilən (Allah) yaratmışdır!» – deyəcəklər.

    43:9
  12. الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَعَلَّكُمْ تَهْتَدُونَ

    O (Allah ki), yeri sizin üçün döşədi və orada sizin üçün yollar saldı ki, bəlkə düz yolla gedə biləsiniz.

    43:10

Tərcümə: Əlixan Musayev