Mushaf, səhifə 50

  1. الم

    Əlif. Ləm. Mim.

    3:1
  2. اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ

    Allah Özündən başqa (haqq) məbud olmayandır, (əbədi) Yaşayandır, (bütün yaradılanların) Qəyyumudur.

    3:2
  3. نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ وَأَنْزَلَ التَّوْرَاةَ وَالْإِنْجِيلَ

    O (bu) Kitabı sənə özündən əvvəlkiləri təsdiqləyən, həm də, haqq olaraq nazil etdi. Tövratı və İncili də, O nazil etdi –

    3:3
  4. مِنْ قَبْلُ هُدًى لِلنَّاسِ وَأَنْزَلَ الْفُرْقَانَ ۗ إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۗ وَاللَّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ

    daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da, O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrinə küfr edənlər üçün şiddətli bir əzab vardır. Allah qüdrətlidir, intiqam almağa qadirdir.

    3:4
  5. إِنَّ اللَّهَ لَا يَخْفَىٰ عَلَيْهِ شَيْءٌ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ

    Sözsüz ki, nə yerdə, nə də göydə, heç bir şey Allahdan gizli qalmaz.

    3:5
  6. هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الْأَرْحَامِ كَيْفَ يَشَاءُ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ

    Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir.

    3:6
  7. هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ ۖ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ ۗ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ ۗ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ

    Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi muhkəm ayələrdir ki, bunlar da, Kitabın anasıdır. Digərləri isə mutəşabih (ayələrdir). Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə, mutəşabih ayələrin ardınca gedərlər. Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Dərin biliyə malik olanlar isə deyərlər: «Biz ona iman gətirdik, hamısı Rəbbimiz tərəfindəndir.» Ağıl sahiblərindən başqa heç kəs (bunu) dərk edə bilməz.

    3:7
  8. رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً ۚ إِنَّكَ أَنْتَ الْوَهَّابُ

    Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma. Bizə Öz tərəfindən bir mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən.

    3:8
  9. رَبَّنَا إِنَّكَ جَامِعُ النَّاسِ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ

    Ey Rəbbimiz! Həqiqətən, (gerçəkləşəcəyinə) şübhə edilməyən bir gündə, insanları (bir yerə) cəm edən Sənsən. Həqiqətən, Allah vədinə əsla xilaf çıxmaz!

    3:9

Tərcümə: Əlixan Musayev