Mushaf, səhifə 52
-
الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ
O kəslər ki, deyirlər: «Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!»
3:16 -
الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنْفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالْأَسْحَارِ
(Onlar) səbir edən, dürüst olan, müti olan, (malından Allah yolunda) xərcləyən və sübh çağına yaxın (Allahdan) bağışlanma diləyən kimsələrdir.
3:17 -
شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa (ibadətə layiq olan) məbud yoxdur. Mələklər və elm sahibləri də, (buna) (şahidlik etmişlər). Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir.
3:18 -
إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ ۗ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ ۗ وَمَنْ يَكْفُرْ بِآيَاتِ اللَّهِ فَإِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
Həqiqətən, Allah yanında (haqq) din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı ədavət üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrinə küfr edərsə, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir.
3:19 -
فَإِنْ حَاجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلَّهِ وَمَنِ اتَّبَعَنِ ۗ وَقُلْ لِلَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْأُمِّيِّينَ أَأَسْلَمْتُمْ ۚ فَإِنْ أَسْلَمُوا فَقَدِ اهْتَدَوْا ۖ وَإِنْ تَوَلَّوْا فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ ۗ وَاللَّهُ بَصِيرٌ بِالْعِبَادِ
Əgər onlar səninlə mübahisə edərlərsə, de: «Mən özümü Allaha təslim etdim. Mənə tabe olanlar da, (həmçinin).» Kitab verilənlərə və savadsızlara de: «Siz də, təslim oldunuzmu?» Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Yox əgər üz döndərsələr, (bil ki), sənin öhdənə düşən ancaq (haqqı) təbliğ etməkdir. Allah qullarını görəndir.
3:20 -
إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الَّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ
Allahın ayələrinə küfr edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları qətlə yetirənləri ağrılı-acılı bir əzabla müjdələ!
3:21 -
أُولَٰئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ
Onlar dünyada da, axirətdə də, əməlləri puç olan kimsələrdir. Onların yardımçıları da olmaz.
3:22
Tərcümə: Əlixan Musayev