Mushaf, səhifə 597

  1. وَالتِّينِ وَالزَّيْتُونِ

    And olsun əncirə və zeytuna!

    95:1
  2. وَطُورِ سِينِينَ

    And olsun Sina dağına!

    95:2
  3. وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ

    And olsun bu təhlükəsiz şəhərə [Məkkəyə]!

    95:3
  4. لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ

    Biz insanı ən gözəl surətdə yaratdıq!

    95:4
  5. ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ

    Sonra isə onu aşağı qatların ən aşağısına salacağıq.

    95:5
  6. إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ

    Yalnız iman gətirib yaxşı işlər görənlər istisnadır! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.

    95:6
  7. فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ

    Bundan sonra dini yalan saymağa səni nə məcbur edir?

    95:7
  8. أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ

    Məgər Allah hakimlərin ən üstünü deyilmi?

    95:8
  9. اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ

    Yaradan Rəbbinin adı ilə oxu!

    96:1
  10. خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ

    O, insanı qan laxtasından yaratdı.

    96:2
  11. اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ

    Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir.

    96:3
  12. الَّذِي عَلَّمَ بِالْقَلَمِ

    O, qələmlə (yazmağı) öyrətdi.

    96:4
  13. عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ

    İnsana bilmədiklərini öyrətdi.

    96:5
  14. كَلَّا إِنَّ الْإِنْسَانَ لَيَطْغَىٰ

    Xeyr! İnsan, doğrudan da, həddini aşır –

    96:6
  15. أَنْ رَآهُ اسْتَغْنَىٰ

    özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.

    96:7
  16. إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ

    Axı son dönüşün Rəbbinədir!

    96:8
  17. أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ

    Gördünmü o kəsi ki, mane olur –

    96:9
  18. عَبْدًا إِذَا صَلَّىٰ

    bir bəndəyə namaz qıldığı zaman?

    96:10
  19. أَرَأَيْتَ إِنْ كَانَ عَلَى الْهُدَىٰ

    Söylə görək, əgər o (bəndə) doğru yoldadırsa,

    96:11
  20. أَوْ أَمَرَ بِالتَّقْوَىٰ

    yaxud (Allahdan) qorxmağı əmr edirsə, (onda necə olsun)?

    96:12
  21. أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّىٰ

    Söylə görək, əgər (o kafir haqqı) yalan sayıb üz döndəribsə, (onda necə olsun)?

    96:13
  22. أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَىٰ

    Məgər o bilmir ki, Allah görür?!

    96:14
  23. كَلَّا لَئِنْ لَمْ يَنْتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ

    Xeyr! Əgər (yaramaz əməlinə) son qoymasa, (Biz onun) kəkilindən tutacağıq –

    96:15
  24. نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ

    yalançı, günahkar kəkilindən.

    96:16
  25. فَلْيَدْعُ نَادِيَهُ

    Qoy öz yığnağını çağırsın.

    96:17
  26. سَنَدْعُ الزَّبَانِيَةَ

    Biz də əzab mələklərini çağıracağıq.

    96:18
  27. كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ ۩

    Xeyr, sən ona qulaq asma! Səcdə qıl və (Allaha) yaxınlaş!

    96:19

Tərcümə: Əlixan Musayev