Mushaf, səhifə 598

  1. إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ

    Həqiqətən, Biz (Quranı) Qədr gecəsində nazil etdik!

    97:1
  2. وَمَا أَدْرَاكَ مَا لَيْلَةُ الْقَدْرِ

    Sən haradan biləsən ki, Qədr gecəsi nədir?

    97:2
  3. لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ

    Qədr gecəsi min aydan xeyirlidir.

    97:3
  4. تَنَزَّلُ الْمَلَائِكَةُ وَالرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِمْ مِنْ كُلِّ أَمْرٍ

    O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər.

    97:4
  5. سَلَامٌ هِيَ حَتَّىٰ مَطْلَعِ الْفَجْرِ

    O gecə sübh açılanadək əmin-amanlıq olur.

    97:5
  6. لَمْ يَكُنِ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ مُنْفَكِّينَ حَتَّىٰ تَأْتِيَهُمُ الْبَيِّنَةُ

    Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə (küfrlərindən) əl çəkmədilər.

    98:1
  7. رَسُولٌ مِنَ اللَّهِ يَتْلُو صُحُفًا مُطَهَّرَةً

    (Bu dəlil) pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir.

    98:2
  8. فِيهَا كُتُبٌ قَيِّمَةٌ

    Onların içində doğru yazılar var.

    98:3
  9. وَمَا تَفَرَّقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ إِلَّا مِنْ بَعْدِ مَا جَاءَتْهُمُ الْبَيِّنَةُ

    Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər.

    98:4
  10. وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ ۚ وَذَٰلِكَ دِينُ الْقَيِّمَةِ

    Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!

    98:5
  11. إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۚ أُولَٰئِكَ هُمْ شَرُّ الْبَرِيَّةِ

    Şübhəsiz ki, Kitab əhlindən və müşriklərdən inkar edənlər, içində əbədi qalacaqları Cəhənnəm odunda olacaqlar. Onlar məxluqatın ən pisidirlər.

    98:6
  12. إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ

    İman gətirib yaxşı işlər görənlərə gəlincə, onlar məxluqatın ən yaxşılarıdır.

    98:7

Tərcümə: Əlixan Musayev