Mushaf, səhifə 601

  1. وَالْعَصْرِ

    And olsun axşam çağına!

    103:1
  2. إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ

    Həqiqətən, insan ziyan içərisindədir.

    103:2
  3. إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ

    Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər və bir-birinə səbirli olmağı məsləhət edənlərdən başqa.

    103:3
  4. وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ

    Hər bir qeybət edənin, tənə vuranın vay halına!

    104:1
  5. الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ

    O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır

    104:2
  6. يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ

    və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaq.

    104:3
  7. كَلَّا ۖ لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ

    Xeyr! O, mütləq Hutəməyə atılacaq.

    104:4
  8. وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ

    Sən haradan biləsən ki, Hutəmə nədir?

    104:5
  9. نَارُ اللَّهِ الْمُوقَدَةُ

    (Bu,) Allahın qaladığı Oddur.

    104:6
  10. الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ

    (O Od) ki, (qalxıb) ürəklərə çatacaq.

    104:7
  11. إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ

    Həqiqətən, bu (Od) onların üzərində qapanacaq.

    104:8
  12. فِي عَمَدٍ مُمَدَّدَةٍ

    (Özləri də orada) yüksək dirəklərə (bağlanmış olacaqlar).

    104:9
  13. أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَابِ الْفِيلِ

    Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?

    105:1
  14. أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِي تَضْلِيلٍ

    Məgər (Rəbbin) onların hiyləsini dolaşığa salmadımı?

    105:2
  15. وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ

    Onların üzərinə qatar-qatar quşlar göndərdi.

    105:3
  16. تَرْمِيهِمْ بِحِجَارَةٍ مِنْ سِجِّيلٍ

    (O quşlar ki,) onların üstünə (odda bişmiş) bərk gildən daşlar yağdırdı.

    105:4
  17. فَجَعَلَهُمْ كَعَصْفٍ مَأْكُولٍ

    (Allah) onları sanki yeyilmiş əkin yarpağına döndərdi.

    105:5

Tərcümə: Əlixan Musayev