Mushaf, səhifə 603

  1. قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ

    De: «Ey kafirlər!

    109:1
  2. لَا أَعْبُدُ مَا تَعْبُدُونَ

    Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm,

    109:2
  3. وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ

    siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.

    109:3
  4. وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ

    Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm,

    109:4
  5. وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ

    siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz.

    109:5
  6. لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ

    Sizin dininiz sizə, mənim dinim də mənədir!»

    109:6
  7. إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ

    Allahın köməyi və qələbə gəldiyi zaman,

    110:1
  8. وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا

    insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə,

    110:2
  9. فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ ۚ إِنَّهُ كَانَ تَوَّابًا

    həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

    110:3
  10. تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ

    Əbu Ləhəbin əlləri qurusun, qurudu da!

    111:1
  11. مَا أَغْنَىٰ عَنْهُ مَالُهُ وَمَا كَسَبَ

    Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək.

    111:2
  12. سَيَصْلَىٰ نَارًا ذَاتَ لَهَبٍ

    O, alovlanan oda atılacaq.

    111:3
  13. وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ

    Onun odun şələsi daşıyan arvadı da.

    111:4
  14. فِي جِيدِهَا حَبْلٌ مِنْ مَسَدٍ

    Arvadının boynunda xurma liflərindən kəndir olacaq.

    111:5

Tərcümə: Əlixan Musayev