Mushaf, səhifə 604

  1. قُلْ هُوَ اللَّهُ أَحَدٌ

    De: «O Allah Təkdir!

    112:1
  2. اللَّهُ الصَّمَدُ

    Allah Möhtac deyildir.

    112:2
  3. لَمْ يَلِدْ وَلَمْ يُولَدْ

    O, nə doğub, nə də doğulub,

    112:3
  4. وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ

    Onun bənzəri də yoxdur».

    112:4
  5. قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ

    De: «Sığınıram sübhün Rəbbinə!

    113:1
  6. مِنْ شَرِّ مَا خَلَقَ

    Xəlq etdikləriniının şərindən,

    113:2
  7. وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ

    çökən zülmətin şərindən,

    113:3
  8. وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ

    düyünlərə üfürən (cadugər) qadınların şərindən

    113:4
  9. وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ

    və həsəd apardığı zaman paxılın şərindən!»

    113:5
  10. قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ

    De: «Sığınıram insanların Rəbbinə,

    114:1
  11. مَلِكِ النَّاسِ

    insanların Hökmdarına,

    114:2
  12. إِلَٰهِ النَّاسِ

    insanların İlahına!

    114:3
  13. مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ

    Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən.

    114:4
  14. الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ

    (O şeytan) ki, insanların kökslərinə vəsvəsə salır,

    114:5
  15. مِنَ الْجِنَّةِ وَالنَّاسِ

    cinlərdən də (olur), insanlardan da!»

    114:6

Tərcümə: Əlixan Musayev