Mushaf, səhifə 72

  1. وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللَّهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ

    (Uhudda) iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın

    3:166
  2. وَلِيَعْلَمَ الَّذِينَ نَافَقُوا ۚ وَقِيلَ لَهُمْ تَعَالَوْا قَاتِلُوا فِي سَبِيلِ اللَّهِ أَوِ ادْفَعُوا ۖ قَالُوا لَوْ نَعْلَمُ قِتَالًا لَاتَّبَعْنَاكُمْ ۗ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَانِ ۚ يَقُولُونَ بِأَفْوَاهِهِمْ مَا لَيْسَ فِي قُلُوبِهِمْ ۗ وَاللَّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ

    və münafiqləri bəlli etsin. (Münafiqlərə): «Gəlin, Allah yolunda döyüşün, yaxud (heç olmasa) müdafiədə durun!» – deyildi. Onlar: «Döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik» – dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki, Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.

    3:167
  3. الَّذِينَ قَالُوا لِإِخْوَانِهِمْ وَقَعَدُوا لَوْ أَطَاعُونَا مَا قُتِلُوا ۗ قُلْ فَادْرَءُوا عَنْ أَنْفُسِكُمُ الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ

    (Evlərində) oturub öz qardaşları barəsində: «Əgər onlar bizə itaət etsəydilər, öldürülməzdilər» – söyləyənlərə de: «Əgər doğru danışırsınızsa, onda ölümü özünüzdən uzaqlaşdırın!»

    3:168
  4. وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتًا ۚ بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ

    Allah yolunda öldürülənləri əsla ölü sanma. Əksinə, (onlar) diridirlər; özlərinin Rəbbi yanında onlara ruzi verilir.

    3:169
  5. فَرِحِينَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

    Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətə fərəhlənir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqları və kədərlənməyəcəkləri müjdəsinə sevinirlər.

    3:170
  6. يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِنَ اللَّهِ وَفَضْلٍ وَأَنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ

    Onlar Allahın neməti və lütfünə görə, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağı müjdəsinə sevinirlər.

    3:171
  7. الَّذِينَ اسْتَجَابُوا لِلَّهِ وَالرَّسُولِ مِنْ بَعْدِ مَا أَصَابَهُمُ الْقَرْحُ ۚ لِلَّذِينَ أَحْسَنُوا مِنْهُمْ وَاتَّقَوْا أَجْرٌ عَظِيمٌ

    Yara aldıqdan sonra belə Allahın və (Onun) Rəsulunun dəvətini qəbul edən kimsələrdən yaxşı işlər görənlər və (Allahdan) qorxanlar üçün böyük bir mükafat vardır.

    3:172
  8. الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَانًا وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ

    O kəslər ki, (bəzi) adamlar onlara: «Camaat sizə qarşı (ordu) toplayıb, onlardan qorxun!» – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: «Allah bizə yetər. O nə gözəl Qoruyandır!» – dedilər.

    3:173

Tərcümə: Əlixan Musayev