Üçüncü dərsin əsasa qaydalarını yadda saxla.

Əlif mədin qalın və incə tələffüzü

Müqayisə edin.

كَا

شَا

قَا

ضَا

İlk iki nümunədə əlif məd hərfindən öncə gələn bütün hərflər incədi. Buna görə əlif uzatma hərfi də incə olur.

İkinci qrup nümunədə isə əlifdən öncə gələn hərflər qalındır buna görə də uzatma hərf qalın olur.

Qaydanı yadda saxlayın:

Əlif hərfi özündən öncə gələn hərfin qalın və incə olmasına tabe olur. Əgər öncəki hərf qalındırsa Əlif də qalın oxunur, əgər incədirsə Əlif də incə tələffüz edilir.

Tələffüz edin:

خَا صَا ضَا طَا ظَا غَا قَا

ر hərfindən sonra uzatma əlif hərfi:

رَا

Bu halda ر hərfi fəthə hərəkəsinə görə qalın oxunur. Uyğun olaraq, ر hərfindən sonra gələn uzatma əlif də qalın oxunacaq.


Bütün haqlar qorunur. "Yeni başlayanlar üçün təcvid" kursunun metodik materiallarından "HolyQuranAcademy©

Bu səhifəyə şərh

Funksiya və ya bu səhifənin məzmunu haqqında fikrini söyləmək arzunuz var? Söhbətə ilk siz başlayın.