- Kurslar
- Başlayanlar üçün təcvid
- Əlif hərfli məd (uzatma)
- Məd anlayışına giriş. Əlif - məd hərfi
- İkinci dərsin əsasa qaydalarını yadda saxla.
Məd – sait səsin 2 hərəkə miqdarında uzadılmasıdır.
Yəni, hərəkəli iki hərfin tələffüz müddəti qədər məd tələffüz olunur.
Məsələn: بَا = بَ بَ
Əlif hərfindən öncəki hərf fəthəlidirsə və əlifin üzərinə heç bir işarə yoxdursa bu zaman əlif məd hərfi olur.
Məsələn: تَا مَا غَا فَا
Aşağıdakı sözlərdə əlifin məd hərfi olub-olmadığını müəyyən edin:
أَمَرَ Bu sözdə əlif məd hərfi deyil. Çünki bunun üçün heç bir şərt yerinə yetirilməyib. Onun üzərində fəthəli həmzə var və o sözdə ilk yerdə gəlir.
قَالَ Burda əlif üzərində heç bir işarə yoxdur və öncəki hərfdə fəthə hərəkəsi mövcuddur. Deməli, burada əlif məd hərfidir.
كُلُواْ Əlif hərfi üzərində dairəcik var buna görə o, məd hərfi ola bilməz.
عِنَبًا Əlifdən öncə gələn hərf fəthə hərəkəsinə malik deyil. Əlifin üzərində heç bir işarə olmasa da, o burada məd hərfi deyil.
ضَرَبَا Bütün şərtlər yerinə yetirilib. Əlif burada məd hərfidir.
Unutmayın, məd hərfi sözdə heç zaman ilk yerdə gələ bilməz. Yəni, ərəb dilində sözlər məd hərfi ilə başlamır.
Bütün haqlar qorunur. "Yeni başlayanlar üçün təcvid" kursunun metodik materiallarından "HolyQuranAcademy©