Surə 20 Ta Ha, ayə 1 – 24
-
طه
Ta. Ha.
20:1 -
مَا أَنْزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَىٰ
Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən.
20:2 -
إِلَّا تَذْكِرَةً لِمَنْ يَخْشَىٰ
(Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik).
20:3 -
تَنْزِيلًا مِمَّنْ خَلَقَ الْأَرْضَ وَالسَّمَاوَاتِ الْعُلَى
O, yeri və uca göyləri yaradan (Allah) tərəfindən nazil olmuşdur.
20:4 -
الرَّحْمَٰنُ عَلَى الْعَرْشِ اسْتَوَىٰ
Mərhəmətli (Allah) Ərşə ucaldı.
20:5 -
لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَىٰ
Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur.
20:6 -
وَإِنْ تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى
Sən ucadan danışsan da, (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir.
20:7 -
اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ
Allah! Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. Ən gözəl adlar Ona məxsusdur!
20:8 -
وَهَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ
Musanın əhvalatı sənə gəlib çatdımı?
20:9 -
إِذْ رَأَىٰ نَارًا فَقَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَعَلِّي آتِيكُمْ مِنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى النَّارِ هُدًى
O zaman o, bir od görüb ailəsinə demişdi: «Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!»
20:10 -
فَلَمَّا أَتَاهَا نُودِيَ يَا مُوسَىٰ
Oda yaxınlaşdıqda bir səda gəldi: «Ey Musa!
20:11 -
إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى
Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!
20:12 -
وَأَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا يُوحَىٰ
Mən səni seçmişəm. (Sənə) vəhy olunanı dinlə!
20:13 -
إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي
Həqiqətən, Mən Allaham! Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!
20:14 -
إِنَّ السَّاعَةَ آتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا تَسْعَىٰ
(Qiyamət) saatı mütləq gələcəkdir! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala (Özümdən) (belə) gizlədirəm.
20:15 -
فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَنْ لَا يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَىٰ
Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!
20:16 -
وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَىٰ
Sağ əlindəki nədir, ey Musa?»
20:17 -
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَىٰ
(Musa) dedi: «Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarayır».
20:18 -
قَالَ أَلْقِهَا يَا مُوسَىٰ
(Allah) buyurdu: «At onu (yerə), ey Musa!»
20:19 -
فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَىٰ
(Musa) onu (yerə) atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı.
20:20 -
قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَىٰ
(Allah) buyurdu: «Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq.
20:21 -
وَاضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ آيَةً أُخْرَىٰ
Əlini qoynuna sal ki, (əlin oradan) başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın.
20:22 -
لِنُرِيَكَ مِنْ آيَاتِنَا الْكُبْرَى
(Belə etdik) ki, sənə ən böyük möcüzələrimizdən (bir neçəsini) göstərək.
20:23 -
اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ
Fironun yanına get! Çünki o, həddini aşmışdır».
20:24
Tərcümə: Əlixan Musayev