Surə 26 Əş-Şuəra (Şuara), ayə 142 – 152

  1. إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلَا تَتَّقُونَ

    O vaxt qardaşları Saleh onlara dedi: «Məgər qorxmursunuz?

    26:142
  2. إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

    Şübhəsiz ki, mən sizin üçün etibar edilməli bir elçiyəm.

    26:143
  3. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

    Allahdan qorxun və mənə itaət edin.

    26:144
  4. وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

    Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

    26:145
  5. أَتُتْرَكُونَ فِي مَا هَاهُنَا آمِنِينَ

    Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?

    26:146
  6. فِي جَنَّاتٍ وَعُيُونٍ

    Bağlar və bulaqlar içində,

    26:147
  7. وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ

    əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız)?

    26:148
  8. وَتَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا فَارِهِينَ

    Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?

    26:149
  9. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

    Allahdan qorxun və mənə itaət edin!

    26:150
  10. وَلَا تُطِيعُوا أَمْرَ الْمُسْرِفِينَ

    Həddi aşanların əmrinə tabe olmayın.

    26:151
  11. الَّذِينَ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ

    Onlar yer üzündə fəsad törədir və (özlərini günahdan) təmizləmirlər».

    26:152

Tərcümə: Əlixan Musayev