Surə 26 Əş-Şuəra (Şuara), ayə 176 – 190

  1. كَذَّبَ أَصْحَابُ الْأَيْكَةِ الْمُرْسَلِينَ

    Əykə əhli də elçiləri yalançı saydı.

    26:176
  2. إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلَا تَتَّقُونَ

    O vaxt Şueyb onlara dedi: «Məgər qorxmursunuz?

    26:177
  3. إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

    Şübhəsiz ki, mən sizin üçün etibar edilməli bir elçiyəm.

    26:178
  4. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

    Allahdan qorxun və mənə itaət edin!

    26:179
  5. وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

    Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

    26:180
  6. أَوْفُوا الْكَيْلَ وَلَا تَكُونُوا مِنَ الْمُخْسِرِينَ

    Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.

    26:181
  7. وَزِنُوا بِالْقِسْطَاسِ الْمُسْتَقِيمِ

    Düz tərəzi ilə çəkin.

    26:182
  8. وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ

    İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.

    26:183
  9. وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الْأَوَّلِينَ

    Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!»

    26:184
  10. قَالُوا إِنَّمَا أَنْتَ مِنَ الْمُسَحَّرِينَ

    Onlar dedilər: «Sən yalnız və yalnız sehrlənmişlərdənsən.

    26:185
  11. وَمَا أَنْتَ إِلَّا بَشَرٌ مِثْلُنَا وَإِنْ نَظُنُّكَ لَمِنَ الْكَاذِبِينَ

    Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan (biri) hesab edirik.

    26:186
  12. فَأَسْقِطْ عَلَيْنَا كِسَفًا مِنَ السَّمَاءِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ

    Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir».

    26:187
  13. قَالَ رَبِّي أَعْلَمُ بِمَا تَعْمَلُونَ

    (Şueyb) dedi: «Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir».

    26:188
  14. فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ الظُّلَّةِ ۚ إِنَّهُ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ

    Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.

    26:189
  15. إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ

    Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi.

    26:190

Tərcümə: Əlixan Musayev