Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 267 – 273

  1. يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِنْ طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُمْ مِنَ الْأَرْضِ ۖ وَلَا تَيَمَّمُوا الْخَبِيثَ مِنْهُ تُنْفِقُونَ وَلَسْتُمْ بِآخِذِيهِ إِلَّا أَنْ تُغْمِضُوا فِيهِ ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ غَنِيٌّ حَمِيدٌ

    Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan çıxartdığımız şeylərin yaxşısından (Allah yolunda) xərcləyin. Özünüzə verildiyi təqdirdə, ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah zəngindir, tərifəlayiqdir.

    2:267
  2. الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُمْ بِالْفَحْشَاءِ ۖ وَاللَّهُ يَعِدُكُمْ مَغْفِرَةً مِنْهُ وَفَضْلًا ۗ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

    Şeytan sizi yoxsulluqla qorxudur və sizə yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və lütf vəd edir. Allahın (lütfü) genişdir, (O hər şeyi) biləndir.

    2:268
  3. يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشَاءُ ۚ وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا ۗ وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ

    (Allah) hikməti istədiyi kəsə bəxş edir. Kimə hikmət verilərsə, ona çoxlu xeyir verilmiş olar. (Bundan) yalnız ağıl sahibləri düşünüb ibrət alarlar.

    2:269
  4. وَمَا أَنْفَقْتُمْ مِنْ نَفَقَةٍ أَوْ نَذَرْتُمْ مِنْ نَذْرٍ فَإِنَّ اللَّهَ يَعْلَمُهُ ۗ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ

    Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz.

    2:270
  5. إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ ۖ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ ۚ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

    Sədəqələri aşkarda versəniz, bu çox gözəl olar. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha xeyirli olar. (Allah) sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.

    2:271
  6. لَيْسَ عَلَيْكَ هُدَاهُمْ وَلَٰكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ ۗ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَلِأَنْفُسِكُمْ ۚ وَمَا تُنْفِقُونَ إِلَّا ابْتِغَاءَ وَجْهِ اللَّهِ ۚ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ

    Onların hidayətə gəlməsi sənə aid deyildir. Lakin Allah istədiyi şəxsi hidayətə qovuşdurur. Xeyirli (şeylərdən) xərclədikləriniz sizin özünüz üçündür. Siz (möminlər) onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan (Allah yolunda) nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz.

    2:272
  7. لِلْفُقَرَاءِ الَّذِينَ أُحْصِرُوا فِي سَبِيلِ اللَّهِ لَا يَسْتَطِيعُونَ ضَرْبًا فِي الْأَرْضِ يَحْسَبُهُمُ الْجَاهِلُ أَغْنِيَاءَ مِنَ التَّعَفُّفِ تَعْرِفُهُمْ بِسِيمَاهُمْ لَا يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا ۗ وَمَا تُنْفِقُوا مِنْ خَيْرٍ فَإِنَّ اللَّهَ بِهِ عَلِيمٌ

    (Verəcəyiniz) (sədəqələr) Allah yolunda cihad edib yer üzündə (qazanc dalınca) səfərə şıxa bilməyən yoxsullar üçündür. (Bu adamlar) həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən isə onları simalarından tanıyırsan. Onlar üzə salıb insanlardan (bir şey) istəməzlər. Malınızdan (Allah yolunda) nə xərcləsəniz, şübhəsiz ki, Allah onu bilir.

    2:273

Tərcümə: Əlixan Musayev