Surə 43 Əz-Zuxruf (Zuxruf), ayə 46 – 56

  1. وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ الْعَالَمِينَ

    Biz Musanı Öz dəlillərimizlə Firon və onun əyanlarının yanına göndərdik. (Musa) dedi: «Mən aləmlərin Rəbbinin elçisiyəm!»

    43:46
  2. فَلَمَّا جَاءَهُمْ بِآيَاتِنَا إِذَا هُمْ مِنْهَا يَضْحَكُونَ

    (Musa) dəlillərimizi onlara göstərdikdə, onlar buna güldülər.

    43:47
  3. وَمَا نُرِيهِمْ مِنْ آيَةٍ إِلَّا هِيَ أَكْبَرُ مِنْ أُخْتِهَا ۖ وَأَخَذْنَاهُمْ بِالْعَذَابِ لَعَلَّهُمْ يَرْجِعُونَ

    Bizim onlara göstərdiyimiz hər bir möcüzə, əvvəlkindən daha böyük idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, (doğru yola) qayıdalar.

    43:48
  4. وَقَالُوا يَا أَيُّهَ السَّاحِرُ ادْعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِنْدَكَ إِنَّنَا لَمُهْتَدُونَ

    Onlar: «Ey sehrbaz! Sənə verdiyi əhd xatirinə Rəbbinə bizdən ötrü dua et, biz də doğru yola gələk» – dedilər.

    43:49
  5. فَلَمَّا كَشَفْنَا عَنْهُمُ الْعَذَابَ إِذَا هُمْ يَنْكُثُونَ

    Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən döndülər.

    43:50
  6. وَنَادَىٰ فِرْعَوْنُ فِي قَوْمِهِ قَالَ يَا قَوْمِ أَلَيْسَ لِي مُلْكُ مِصْرَ وَهَٰذِهِ الْأَنْهَارُ تَجْرِي مِنْ تَحْتِي ۖ أَفَلَا تُبْصِرُونَ

    Firon öz qövmünü çağırıb dedi: «Ey qövmüm! Misir səltənəti və altımdan axan bu çaylar mənim deyilmi? Məgər görmürsünüz?

    43:51
  7. أَمْ أَنَا خَيْرٌ مِنْ هَٰذَا الَّذِي هُوَ مَهِينٌ وَلَا يَكَادُ يُبِينُ

    Ya da mən bu aciz və az qala (sözünü) belə aydın başa sala bilməyən adamdan daha üstün deyiləmmi?

    43:52
  8. فَلَوْلَا أُلْقِيَ عَلَيْهِ أَسْوِرَةٌ مِنْ ذَهَبٍ أَوْ جَاءَ مَعَهُ الْمَلَائِكَةُ مُقْتَرِنِينَ

    Nə üçün ona qızıl bilərziklər taxılmayıb, yaxud onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?»

    43:53
  9. فَاسْتَخَفَّ قَوْمَهُ فَأَطَاعُوهُ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

    (Firon) öz qövmünü aldatdı, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq adamlar idilər.

    43:54
  10. فَلَمَّا آسَفُونَا انْتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ

    Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq.

    43:55
  11. فَجَعَلْنَاهُمْ سَلَفًا وَمَثَلًا لِلْآخِرِينَ

    Biz onları sonra gələnlərə sələf və ibrət etdik.

    43:56

Tərcümə: Əlixan Musayev