Surə 43 Əz-Zuxruf (Zuxruf)
-
وَإِنَّهُ لَعِلْمٌ لِلسَّاعَةِ فَلَا تَمْتَرُنَّ بِهَا وَاتَّبِعُونِ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ
Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və mənə tabe olun. Bu, doğru yoldur!
43:61 -
وَلَا يَصُدَّنَّكُمُ الشَّيْطَانُ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ
Şeytan sizi (doğru yoldan) sapdırmasın. Şübhəsiz ki, o, sizin açıq-aydın düşməninizdir.
43:62 -
وَلَمَّا جَاءَ عِيسَىٰ بِالْبَيِّنَاتِ قَالَ قَدْ جِئْتُكُمْ بِالْحِكْمَةِ وَلِأُبَيِّنَ لَكُمْ بَعْضَ الَّذِي تَخْتَلِفُونَ فِيهِ ۖ فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ
İsa aydın dəlillər gətirdiyi zaman dedi: «Mən sizə hikmət gətirmişəm və barəsində ziddiyyətə düşdüyünüz bəzi şeyləri izah etmək üçün (gəlmişəm). Allahdan qorxun və mənə itaət edin!
43:63 -
إِنَّ اللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ
Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!»
43:64 -
فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِلَّذِينَ ظَلَمُوا مِنْ عَذَابِ يَوْمٍ أَلِيمٍ
Firqələr öz aralarında ixtilafa düşdülər. Ağrılı-acılı bir günün əzabından vay zalımların halına!
43:65 -
هَلْ يَنْظُرُونَ إِلَّا السَّاعَةَ أَنْ تَأْتِيَهُمْ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ
Yoxsa onlar özləri də hiss etmədən (Qiyamət) saatının qəflətən onları haqlayacağından başqa bir şey gözləyirlər?
43:66 -
الْأَخِلَّاءُ يَوْمَئِذٍ بَعْضُهُمْ لِبَعْضٍ عَدُوٌّ إِلَّا الْمُتَّقِينَ
O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər.
43:67 -
يَا عِبَادِ لَا خَوْفٌ عَلَيْكُمُ الْيَوْمَ وَلَا أَنْتُمْ تَحْزَنُونَ
«Ey qullarım! Bu gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də.
43:68 -
الَّذِينَ آمَنُوا بِآيَاتِنَا وَكَانُوا مُسْلِمِينَ
Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz.
43:69 -
ادْخُلُوا الْجَنَّةَ أَنْتُمْ وَأَزْوَاجُكُمْ تُحْبَرُونَ
Siz də, zövcələriniz də fərəhlə Cənnətə daxil olun!»
43:70 -
يُطَافُ عَلَيْهِمْ بِصِحَافٍ مِنْ ذَهَبٍ وَأَكْوَابٍ ۖ وَفِيهَا مَا تَشْتَهِيهِ الْأَنْفُسُ وَتَلَذُّ الْأَعْيُنُ ۖ وَأَنْتُمْ فِيهَا خَالِدُونَ
Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaq. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaq. Siz orada əbədi qalacaqsınız.
43:71 -
وَتِلْكَ الْجَنَّةُ الَّتِي أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ
Etdiyiniz əməllər sayəsində varis olduğunuz Cənnət budur.
43:72 -
لَكُمْ فِيهَا فَاكِهَةٌ كَثِيرَةٌ مِنْهَا تَأْكُلُونَ
Orada sizin üçün çoxlu meyvələr var, onlardan yeyəcəksiniz.
43:73 -
إِنَّ الْمُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ
Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar.
43:74 -
لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ
Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar.
43:75 -
وَمَا ظَلَمْنَاهُمْ وَلَٰكِنْ كَانُوا هُمُ الظَّالِمِينَ
Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər.
43:76 -
وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُمْ مَاكِثُونَ
Onlar (Cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: «Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!» O isə: «Siz (burada) əbədi qalacaqsınız!» – deyəcək.
43:77 -
لَقَدْ جِئْنَاكُمْ بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَارِهُونَ
Biz sizə haqqı gətirmişdik, lakin sizin çoxunuz haqqı xoşlamırdı.
43:78 -
أَمْ أَبْرَمُوا أَمْرًا فَإِنَّا مُبْرِمُونَ
Yoxsa (müşriklər) işə doğru qərar verdilər?! Heç şübhəsiz ki, doğru qərarı Biz veririk.
43:79 -
أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَاهُمْ ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ
Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik?! Xeyr, onların yanında (əməlləri) yazan elçilərimiz var.
43:80
Tərcümə: Əlixan Musayev