Surə 43 Əz-Zuxruf (Zuxruf)
-
أَمْ آتَيْنَاهُمْ كِتَابًا مِنْ قَبْلِهِ فَهُمْ بِهِ مُسْتَمْسِكُونَ
Yoxsa onlara bundan əvvəl kitab vermişik və onlar da ona istinad edirlər?!
43:21 -
بَلْ قَالُوا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُهْتَدُونَ
Xeyr! (Müşriklər:) «Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!» – deyirlər.
43:22 -
وَكَذَٰلِكَ مَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي قَرْيَةٍ مِنْ نَذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا وَجَدْنَا آبَاءَنَا عَلَىٰ أُمَّةٍ وَإِنَّا عَلَىٰ آثَارِهِمْ مُقْتَدُونَ
Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən (bir peyğəmbər) göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: «Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!» – dedilər.
43:23 -
قَالَ أَوَلَوْ جِئْتُكُمْ بِأَهْدَىٰ مِمَّا وَجَدْتُمْ عَلَيْهِ آبَاءَكُمْ ۖ قَالُوا إِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ
(Peyğəmbər) dedi: «Əgər sizə atalarınızın tutduğu o yoldan daha doğrusunu göstərsəm necə?» Onlar dedilər: «Biz sizinlə göndərilənləri inkar edirik».
43:24 -
فَانْتَقَمْنَا مِنْهُمْ ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ
Biz də onlardan intiqam aldıq. Bir gör (haqqı) yalan sayanların aqibəti necə oldu.
43:25 -
وَإِذْ قَالَ إِبْرَاهِيمُ لِأَبِيهِ وَقَوْمِهِ إِنَّنِي بَرَاءٌ مِمَّا تَعْبُدُونَ
Bir zaman İbrahim öz atasına və qövmünə demişdi: «Mən sizin ibadət etdiklərinizdən uzağam.
43:26 -
إِلَّا الَّذِي فَطَرَنِي فَإِنَّهُ سَيَهْدِينِ
Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcək».
43:27 -
وَجَعَلَهَا كَلِمَةً بَاقِيَةً فِي عَقِبِهِ لَعَلَّهُمْ يَرْجِعُونَ
O, bu («lə ilahə illəllah» kəlməsini) öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə (doğru yola) qayıtsınlar.
43:28 -
بَلْ مَتَّعْتُ هَٰؤُلَاءِ وَآبَاءَهُمْ حَتَّىٰ جَاءَهُمُ الْحَقُّ وَرَسُولٌ مُبِينٌ
Doğrusu, Mən bunlara da, atalarına da, haqq və (onu) bəyan edən bir elçi gələnədək dolanışıq nəsib etdim.
43:29 -
وَلَمَّا جَاءَهُمُ الْحَقُّ قَالُوا هَٰذَا سِحْرٌ وَإِنَّا بِهِ كَافِرُونَ
Onlara haqq gəldikdə isə dedilər: «Bu, sehrdir, biz onu inkar edirik!»
43:30 -
وَقَالُوا لَوْلَا نُزِّلَ هَٰذَا الْقُرْآنُ عَلَىٰ رَجُلٍ مِنَ الْقَرْيَتَيْنِ عَظِيمٍ
Onlar dedilər: «Nə üçün bu Quran iki şəhərdən [Məkkədən və ya Taifdən] olan böyük bir adama nazil edilmədi?»
43:31 -
أَهُمْ يَقْسِمُونَ رَحْمَتَ رَبِّكَ ۚ نَحْنُ قَسَمْنَا بَيْنَهُمْ مَعِيشَتَهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ۚ وَرَفَعْنَا بَعْضَهُمْ فَوْقَ بَعْضٍ دَرَجَاتٍ لِيَتَّخِذَ بَعْضُهُمْ بَعْضًا سُخْرِيًّا ۗ وَرَحْمَتُ رَبِّكَ خَيْرٌ مِمَّا يَجْمَعُونَ
Sənin Rəbbinin mərhəmətini onlarmı bölüşdürürlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından daha xeyirlidir.
43:32 -
وَلَوْلَا أَنْ يَكُونَ النَّاسُ أُمَّةً وَاحِدَةً لَجَعَلْنَا لِمَنْ يَكْفُرُ بِالرَّحْمَٰنِ لِبُيُوتِهِمْ سُقُفًا مِنْ فِضَّةٍ وَمَعَارِجَ عَلَيْهَا يَظْهَرُونَ
Əgər insanların (kafirlik zəminində birləşmiş) vahid bir ümmətə (çevrilmək təhlükəsi) olmasaydı, Mərhəmətli (Allahı) inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik,
43:33 -
وَلِبُيُوتِهِمْ أَبْوَابًا وَسُرُرًا عَلَيْهَا يَتَّكِئُونَ
evlərinin qapılarını və söykəndikləri taxtları da,
43:34 -
وَزُخْرُفًا ۚ وَإِنْ كُلُّ ذَٰلِكَ لَمَّا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا ۚ وَالْآخِرَةُ عِنْدَ رَبِّكَ لِلْمُتَّقِينَ
üstəlik, zinət də (verərdik). Bütün bunlar sadəcə dünya həyatının keçici zövqüdür. Axirət isə sənin Rəbbinin yanında ancaq (Allahdan) qorxanlar üçündür.
43:35 -
وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَٰنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ
Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayar və o da ona yoldaş olar.
43:36 -
وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ
Doğrusu, şeytanlar onları (haqq) yoldan sapdırar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər.
43:37 -
حَتَّىٰ إِذَا جَاءَنَا قَالَ يَا لَيْتَ بَيْنِي وَبَيْنَكَ بُعْدَ الْمَشْرِقَيْنِ فَبِئْسَ الْقَرِينُ
Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: «Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı) uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!»
43:38 -
وَلَنْ يَنْفَعَكُمُ الْيَوْمَ إِذْ ظَلَمْتُمْ أَنَّكُمْ فِي الْعَذَابِ مُشْتَرِكُونَ
(Onlara deyilər:) «Siz haqsızlıq etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!»
43:39 -
أَفَأَنْتَ تُسْمِعُ الصُّمَّ أَوْ تَهْدِي الْعُمْيَ وَمَنْ كَانَ فِي ضَلَالٍ مُبِينٍ
Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən?
43:40
Tərcümə: Əlixan Musayev