Surə 44 Əd-Duxan (Duxan)

  1. وَإِنْ لَمْ تُؤْمِنُوا لِي فَاعْتَزِلُونِ

    Əgər mənə iman gətirmirsinizsə, məndən uzaq olun!»

    44:21
  2. فَدَعَا رَبَّهُ أَنَّ هَٰؤُلَاءِ قَوْمٌ مُجْرِمُونَ

    Sonra o, Rəbbinə dua edib dedi: «Həqiqətən, bunlar günahkar bir qövmdür!»

    44:22
  3. فَأَسْرِ بِعِبَادِي لَيْلًا إِنَّكُمْ مُتَّبَعُونَ

    (Allah buyurdu:) «Qullarımla birlikdə gecə ikən yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.

    44:23
  4. وَاتْرُكِ الْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُنْدٌ مُغْرَقُونَ

    Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!»

    44:24
  5. كَمْ تَرَكُوا مِنْ جَنَّاتٍ وَعُيُونٍ

    Onlar bir çox bağlar və çeşmələr qoyub getdilər,

    44:25
  6. وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ

    neçə-neçə əkinlər, möhtəşəm yerlər

    44:26
  7. وَنَعْمَةٍ كَانُوا فِيهَا فَاكِهِينَ

    və ləzzət aldıqları neçə-neçə nemətlər (qoyub getdilər).

    44:27
  8. كَذَٰلِكَ ۖ وَأَوْرَثْنَاهَا قَوْمًا آخَرِينَ

    Bax belə! Biz o (nemətlərə) başqalarını varis etdik.

    44:28
  9. فَمَا بَكَتْ عَلَيْهِمُ السَّمَاءُ وَالْأَرْضُ وَمَا كَانُوا مُنْظَرِينَ

    Nə göy, nə də yer onlardan ötrü ağladı. Onlara möhlət də verilmədi.

    44:29
  10. وَلَقَدْ نَجَّيْنَا بَنِي إِسْرَائِيلَ مِنَ الْعَذَابِ الْمُهِينِ

    Biz İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –

    44:30
  11. مِنْ فِرْعَوْنَ ۚ إِنَّهُ كَانَ عَالِيًا مِنَ الْمُسْرِفِينَ

    Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.

    44:31
  12. وَلَقَدِ اخْتَرْنَاهُمْ عَلَىٰ عِلْمٍ عَلَى الْعَالَمِينَ

    Biz (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün etdik.

    44:32
  13. وَآتَيْنَاهُمْ مِنَ الْآيَاتِ مَا فِيهِ بَلَاءٌ مُبِينٌ

    Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.

    44:33
  14. إِنَّ هَٰؤُلَاءِ لَيَقُولُونَ

    Bunlar mütləq deyəcəklər:

    44:34
  15. إِنْ هِيَ إِلَّا مَوْتَتُنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُنْشَرِينَ

    «Bizim ancaq bircə ölümümüz var. Biz (bir daha) dirildilməyəcəyik.

    44:35
  16. فَأْتُوا بِآبَائِنَا إِنْ كُنْتُمْ صَادِقِينَ

    Əgər doğru deyirsinizsə, onda atalarımızı (dirildib) gətirin!»

    44:36
  17. أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَالَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ أَهْلَكْنَاهُمْ ۖ إِنَّهُمْ كَانُوا مُجْرِمِينَ

    Bunlar üstündür, yoxsa Tubba qövmü və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.

    44:37
  18. وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ

    Biz göyləri, yeri və onların arasında olanları əyləncə yaratmadıq.

    44:38
  19. مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

    Biz onları haqq olaraq yaratdıq, lakin onların çoxu (bunu) bilmir.

    44:39
  20. إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ

    Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.

    44:40

Tərcümə: Əlixan Musayev