Surə 44 Əd-Duxan (Duxan)

  1. يَوْمَ لَا يُغْنِي مَوْلًى عَنْ مَوْلًى شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ

    O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcək.

    44:41
  2. إِلَّا مَنْ رَحِمَ اللَّهُ ۚ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ

    Yalnız Allahın rəhm etdiyi kimsədən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.

    44:42
  3. إِنَّ شَجَرَتَ الزَّقُّومِ

    Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı

    44:43
  4. طَعَامُ الْأَثِيمِ

    günahkar adamın yeməyidir.

    44:44
  5. كَالْمُهْلِ يَغْلِي فِي الْبُطُونِ

    Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –

    44:45
  6. كَغَلْيِ الْحَمِيمِ

    qaynar su qaynayan kimi.

    44:46
  7. خُذُوهُ فَاعْتِلُوهُ إِلَىٰ سَوَاءِ الْجَحِيمِ

    Onu tutub Cəhənnəmin ortasına sürüyün!

    44:47
  8. ثُمَّ صُبُّوا فَوْقَ رَأْسِهِ مِنْ عَذَابِ الْحَمِيمِ

    Sonra əzab vermək üçün başına qaynar su tökün!

    44:48
  9. ذُقْ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْكَرِيمُ

    Dad (bu əzabı!) Sən ki qüdrətli və hörmətli birisi idin.

    44:49
  10. إِنَّ هَٰذَا مَا كُنْتُمْ بِهِ تَمْتَرُونَ

    Bu, sizin şübhə etdiyiniz (əzabdır)!

    44:50
  11. إِنَّ الْمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٍ

    Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –

    44:51
  12. فِي جَنَّاتٍ وَعُيُونٍ

    bağçalarda və çeşmələr başında olacaqlar!

    44:52
  13. يَلْبَسُونَ مِنْ سُنْدُسٍ وَإِسْتَبْرَقٍ مُتَقَابِلِينَ

    Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.

    44:53
  14. كَذَٰلِكَ وَزَوَّجْنَاهُمْ بِحُورٍ عِينٍ

    Bax belə! Üstəlik, onları iri qara gözlü hurilərlə də evləndirəcəyik.

    44:54
  15. يَدْعُونَ فِيهَا بِكُلِّ فَاكِهَةٍ آمِنِينَ

    Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.

    44:55
  16. لَا يَذُوقُونَ فِيهَا الْمَوْتَ إِلَّا الْمَوْتَةَ الْأُولَىٰ ۖ وَوَقَاهُمْ عَذَابَ الْجَحِيمِ

    Onlar ilk ölümdən başqa orada heç bir ölüm dadmayacaqlar. (Allah) onları Cəhənnəm əzabından qorumuşdur –

    44:56
  17. فَضْلًا مِنْ رَبِّكَ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ

    sənin Rəbbindən bir lütf olaraq. Məhz bu, böyük uğurdur.

    44:57
  18. فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

    Biz (Quranı) sənin dilində asanlaşdırdıq ki, bəlkə onlar öyüd-nəsihət qəbul edələr.

    44:58
  19. فَارْتَقِبْ إِنَّهُمْ مُرْتَقِبُونَ

    Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.

    44:59

Tərcümə: Əlixan Musayev