Surə 4 Ən-Nisa (Nisa), ayə 172 – 176

  1. لَنْ يَسْتَنْكِفَ الْمَسِيحُ أَنْ يَكُونَ عَبْدًا لِلَّهِ وَلَا الْمَلَائِكَةُ الْمُقَرَّبُونَ ۚ وَمَنْ يَسْتَنْكِفْ عَنْ عِبَادَتِهِ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ إِلَيْهِ جَمِيعًا

    Nə (İsa) Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də (Allaha) yaxın olan mələklər. (Allah) Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır.

    4:172
  2. فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزِيدُهُمْ مِنْ فَضْلِهِ ۖ وَأَمَّا الَّذِينَ اسْتَنْكَفُوا وَاسْتَكْبَرُوا فَيُعَذِّبُهُمْ عَذَابًا أَلِيمًا وَلَا يَجِدُونَ لَهُمْ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا

    İman gətirib xeyirxah işlər görənlərə gəlincə, (Allah) onların mükafatlarını tam olaraq verəcək və Öz lütfündən onlar üçün (istədiyi qədər) artıracaqdır. (Allaha) ibadət etməyi özlərinə ar bilənlərə və təkəbbürlük göstərənlərə gəlincə, (Allah) onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar özlərinə Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapa bilərlər.

    4:173
  3. يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمْ بُرْهَانٌ مِنْ رَبِّكُمْ وَأَنْزَلْنَا إِلَيْكُمْ نُورًا مُبِينًا

    Ey insanlar! Rəbbinizdən sizə bir dəlil gəldi və Biz sizə aydın bir nur [Quran] nazil etdik.

    4:174
  4. فَأَمَّا الَّذِينَ آمَنُوا بِاللَّهِ وَاعْتَصَمُوا بِهِ فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُسْتَقِيمًا

    Allaha iman gətirən və Ondan möhkəm yapışan şəxslərə gəlincə, (Allah) onları Öz rəhmətinə və lütfünə qovuşduracaq və onları Özünə tərəf (gedən) düz yola yönəldəcəkdir.

    4:175
  5. يَسْتَفْتُونَكَ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِي الْكَلَالَةِ ۚ إِنِ امْرُؤٌ هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ ۚ وَهُوَ يَرِثُهَا إِنْ لَمْ يَكُنْ لَهَا وَلَدٌ ۚ فَإِنْ كَانَتَا اثْنَتَيْنِ فَلَهُمَا الثُّلُثَانِ مِمَّا تَرَكَ ۚ وَإِنْ كَانُوا إِخْوَةً رِجَالًا وَنِسَاءً فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ ۗ يُبَيِّنُ اللَّهُ لَكُمْ أَنْ تَضِلُّوا ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

    Səndən fitva istəyirlər. De: «Valideyni və övladı olmayan kəsin (mirası) barəsində fitvanı sizə Allah verir: «Övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər (ölmüş) (bacının) övladı yoxdursa, qardaşı ona varis olur. Əgər (varislər) iki bacıdırsa, (ölən qardaşın) qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər (varislər) qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər (pay) düşür.» Allah bunu sizə bəyan edir ki, (haqq) yoldan sapmayasınız. Allah hər şeyi bilir.

    4:176

Tərcümə: Əlixan Musayev