Surə 56 Əl-Vaqiə (Vaqiə)

  1. وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ

    Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

    56:41
  2. فِي سَمُومٍ وَحَمِيمٍ

    Onlar qızmar yel və qaynar su içində,

    56:42
  3. وَظِلٍّ مِنْ يَحْمُومٍ

    qapqara duman kölgəsində olacaqlar.

    56:43
  4. لَا بَارِدٍ وَلَا كَرِيمٍ

    (Bu duman) nə sərin, nə də xoşagələndir.

    56:44
  5. إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ

    Onlar bundan əvvəl cah-calal içində idilər,

    56:45
  6. وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنْثِ الْعَظِيمِ

    böyük günah işlətməkdə israr edirdilər

    56:46
  7. وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ

    və deyirdilər: «Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidən dirildiləcəyik?

    56:47
  8. أَوَآبَاؤُنَا الْأَوَّلُونَ

    Yaxud bizim atalarımız (dirildiləcəklərmi)?!»

    56:48
  9. قُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ

    De: «Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,

    56:49
  10. لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَاتِ يَوْمٍ مَعْلُومٍ

    bəlli bir günün müəyyən vaxtında mütləq toplanacaqlar.

    56:50
  11. ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ

    Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar!

    56:51
  12. لَآكِلُونَ مِنْ شَجَرٍ مِنْ زَقُّومٍ

    Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,

    56:52
  13. فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ

    qarnınızı onunla dolduracaqsınız,

    56:53
  14. فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ

    üstündən də qaynar su içəcəksiniz.

    56:54
  15. فَشَارِبُونَ شُرْبَ الْهِيمِ

    (Siz onu) susamış xəstə dəvələr kimi içəcəksiniz».

    56:55
  16. هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ

    Bu, onların Din günündəki ziyafətidir.

    56:56
  17. نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ

    Sizi Biz yaratdıq. Bəs nə üçün (dirildiləcəyinizi) təsdiq etmirsiniz?!

    56:57
  18. أَفَرَأَيْتُمْ مَا تُمْنُونَ

    Axıtdığınız nütfəni gördünüzmü?!

    56:58
  19. أَأَنْتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ

    Onu siz yaradırsınız, yoxsa Biz?!

    56:59
  20. نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ

    Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.

    56:60

Tərcümə: Əlixan Musayev