Surə 56 Əl-Vaqiə (Vaqiə)
-
عَلَىٰ أَنْ نُبَدِّلَ أَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِي مَا لَا تَعْلَمُونَ
Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa (Bizə mane olan tapılmaz).
56:61 -
وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ
Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün (dirildiləcəyiniz barədə) düşünmürsünüz?!
56:62 -
أَفَرَأَيْتُمْ مَا تَحْرُثُونَ
Əkdiyinizi gördünüzmü?!
56:63 -
أَأَنْتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ
Onu siz bitirirsiniz, yoxsa Biz?!
56:64 -
لَوْ نَشَاءُ لَجَعَلْنَاهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُونَ
Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,
56:65 -
إِنَّا لَمُغْرَمُونَ
(və deyərdiniz): «Biz ziyana uğradıq.
56:66 -
بَلْ نَحْنُ مَحْرُومُونَ
Xeyr, biz (ruzidən) məhrum olduq!»
56:67 -
أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَ
İçdiyiniz suyu gördünüzmü?!
56:68 -
أَأَنْتُمْ أَنْزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنْزِلُونَ
Onu buluddan siz endirirsiniz, yoxsa Biz?!
56:69 -
لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ
Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?!
56:70 -
أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَ
Yandırdığınız odu gördünüzmü?!
56:71 -
أَأَنْتُمْ أَنْشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنْشِئُونَ
Onun ağacını siz yaradırsınız, yoxsa Biz?!
56:72 -
نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعًا لِلْمُقْوِينَ
Biz onu (Cəhənnəmi) yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.
56:73 -
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ
Elə isə əzəmətli Rəbbinin adına təriflər de!
56:74 -
فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ
Ulduzların batdığı yerlərə and olsun!
56:75 -
وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ
Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.
56:76 -
إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ
Həqiqətən, bu, ehtirama layiq Qurandır,
56:77 -
فِي كِتَابٍ مَكْنُونٍ
qorunub saxlanılan kitabdadır [lövhi-məhfuzdadır].
56:78 -
لَا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ
Ona yalnız pak olanlar toxunur.
56:79 -
تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
56:80
Tərcümə: Əlixan Musayev